Z nəslini ən çox narahat edən problemlər açıqlandı

Z nəslini ən çox narahat edən problemlər açıqlandıŞotlandiyanın Qlazqo Universitetinin Con Smit Mərkəzi Z nəsli ilə bağlı yeni bir araşdırma aparıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, araşdırma nəticəsində Z nəslini (18-29 yaş) ən çox narahat edən problemlər aşağıdakı kimi sıralanıb:

1. Maddi çətinliklər 37%
2. İş yerində təzyiq 23%
3. İş təhlükəsizliyi 20%

Sosial şəbəkələr, mədəni müharibələr və iqlim böhranı və s. isə 10-14%-lə Z nəslini narahat edən problemlər sırasında yer alıb.

Bununla belə, Z nəsli daxilində sosial məsələlər və siyasi yanaşmalardakı fikir ayrılıqları diqqəti çəkir.

Sinif, təhsil və gender amilləri həm ümid, həm də siyasi iştirak səviyyəsinə təsir göstərir.

Məlum olub ki, Z nəslində gənclərin üçdə ikisi demokratiyanı diktaturadan üstün tutur.
Avtoritar idarəçiliyə dəstək nisbəti 27%-dir. 63% öz ölkələrində demokratiyanın problemli olduğunu düşünür.

Gənclərin aktiv siyasi fəaliyyəti də yüksək səviyyədədir. Onların 75%-i son bir ildə ən azı bir siyasi fəaliyyətlə məşğul olduğunu bildirir. Tam gün işləyən gənclərin 70%-i gələcəyə ümidlidir. İşsiz gənclər arasında bu nisbət 44%-ə enir. Universitet məzunlarının 34%-i səslərinin təsirli olduğuna inanır.

Təhsilin səviyyəsi aşağı düşdükcə bu göstərici 19%-ə düşür.

Hamısı internet əsrində doğulan Z nəslinin nümayəndələrinin 67%-i 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrin qadağan edilməsini müdafiə edir.

İrqçiliyi mühüm problem olaraq görənlərin nisbəti 73%, köçün cəmiyyətə müsbət töhfə verdiyini düşünənlərin nisbəti isə 51%-dir.

Tədqiqatın direktoru Eddi Barns bildirib ki, gənclər çox ciddi bir dövrdə yaşadıqlarının fərqindədirlər:

"Başqa sözlə, onlar mədəniyyət müharibəsi adlanan məsələləri əhəmiyyətsiz görmürlər, lakin onların gündəlik həyatlarını narahat edən daha aktual məsələlər var. Ən maraqlı məqamlardan biri o idi ki, cinayət məsələsi prioritetlər baxımından ətraf mühitdən qat-qat vacib idi".

Qeyd edək ki, Beybi Bumers 1946-1964, X nəsli 1965-1980, Z nəsli 1990-2010-cu illəri əhatə edir. Z nəslindən sonra doğulanlar isə Alfa nəsli adlanır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1029   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"

Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind

8 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Acun niyə həmişə qara kofta geyinir?

"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab

15 sentyabr 2021
.

Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik

12 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021