Əkrəm İmamoğlu kimdir? – Diplomu ləğv olunan prezidentliyə namizəd

Əkrəm İmamoğlu kimdir? – Diplomu ləğv olunan prezidentliyə namizədLent.az "Bioqrafiya" rubrikasında Əkrəm İmamoğlu haqqında məlumat verir.

- Əkrəm İmamoğlu kimdir?

Əkrəm İmamoğlu Türkiyənin tanınmış müxalif siyasətçisidir. 2019–2025-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı olub. Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü kimi siyasi yüksəlişi, xüsusilə İstanbul meri seçkilərində qazandığı qələbələrlə tanınıb. O, uzun müddət Prezident Rəcəb Tayyib Ərdoğana əsas siyasi alternativ kimi görülüb və İstanbulun 100 illik tarixində hakim partiyadan olmayan nadir bələdiyyə rəhbərlərindən biri olub.

- Əkrəm İmamoğlu nə vaxt anadan olub?

Əkrəm İmamoğlu 4 iyun 1970-ci ildə anadan olub.

- Əkrəm İmamoğlu harada anadan olub?

Əkrəm İmamoğlu Trabzon vilayətinin Ağcaabad rayonunun Cevizli kəndində doğulub.

- Əkrəm İmamoğlu hansı ailədə doğulub?

Əkrəm İmamoğlu dindar və siyasətlə maraqlanan ailədə böyüyüb. Atası Həsən İmamoğlu ANAP-ın fəal üzvü olub, anası Hava İmamoğlu isə CHP-ni dəstəkləyib. 1987-ci ildə ailəsi ilə birlikdə İstanbula köçüb. Bu mərhələ onun həyatında yeni bir dövrün başlanğıcı olub.

- Əkrəm İmamoğlunun təhsili nədir?

Əkrəm İmamoğlu əvvəlcə Şimali Kiprdə Girnə Amerikan Universitetində təhsil alıb, sonra İstanbul Universitetinə keçib. Burada biznesin idarə olunması üzrə bakalavr, daha sonra insan resurslarının idarə olunması üzrə magistr dərəcəsi alıb. 2025-ci ilin mart ayında İstanbul Universiteti onun bakalavr diplomunu etibarsız sayıb ki, bu da siyasi mübahisələrə səbəb olub, çünki prezidentliyə namizədlik üçün ali təhsil şərti hüquqi əngələ çevrilib.

- Əkrəm İmamoğlunun ailə həyatı necədir?

Əkrəm İmamoğlu 1995-ci ildə Dilək Kaya ilə evlənib və bu nikahdan üç övladı var. Ailə dəyərlərinə sadiq şəxs kimi tanınır. Həyat yoldaşı Dilək İmamoğlu da sosial layihələrdə fəallığı ilə seçilir.

- Əkrəm İmamoğlunun dini inancı nədir?

Əkrəm İmamoğlu İslam dininə mənsubdur. Dini baxışları fərdi inancla məhdud olub, o, daha çox dünyəvi və demokratik dəyərləri müdafiə edən siyasətçi kimi çıxış edib.

- Əkrəm İmamoğlu siyasətə necə başlayıb və ilk siyasi uğurları nələr olub?

Əkrəm İmamoğlu 2008-ci ildə CHP-yə qoşulub. 2009-cu ildə Bəylikdüzü rayon təşkilatına rəhbər seçilib. 2014-cü ildə keçirilən seçkilərdə həmin rayonun bələdiyyə sədri olub və bu, onun siyasi karyerasında ilk böyük dönüş nöqtəsi sayılır. 2017-ci ildə CHP tərəfindən İstanbul meri vəzifəsinə namizədliyi müzakirə olunub, lakin səs çoxluğu ilə seçilməyib.

- Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyə Başçısı (meri) kimi hansı fəaliyyətləri ilə yadda qalıb?

Əkrəm İmamoğlu 2019-cu ildə İstanbul meri seçildi. Seçki nəticələri ilk olaraq ləğv olundu, lakin təkrar səsvermədə böyük fərqlə qalib gəldi. Mer kimi şəffaflıq, sosial bərabərlik, şəhər nəqliyyatı və infrastruktur sahələrində bir sıra islahatlar həyata keçirdi. 2024-cü ildə yenidən seçilərək vəzifəsini davam etdirdi.

- Əkrəm İmamoğlu son illərdə (2022–2025) hansı siyasi proseslərlə yadda qalıb?

2022-ci ildə "axmaq" ifadəsinə görə ona qarşı cinayət işi açılıb, 2 il 7 ay həbs cəzası alıb. Lakin apellyasiya səbəbilə mer vəzifəsində qaldı. 2023–2024-cü illərdə ona qarşı korrupsiya və məhkəməyə təsir ittihamları irəli sürüldü. CHP onu prezidentliyə namizəd göstərmək istəyirdi, lakin 2025-ci ilin martında İstanbul Universiteti onun diplomunu etibarsız elan etdi.

- Əkrəm İmamoğlu nə üçün həbs olundu?

19 mart 2025-ci ildə rüşvət, korrupsiya və cinayətkar təşkilat yaratmaq ittihamları ilə saxlanıldı. PKK ilə əlaqə ittihamı isə sonradan sübut çatışmazlığına görə istintaqdan çıxarıldı. 23 martda məhkəmə qərarı ilə həbs olundu və mer vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı. Əkrəm İmamoğlu həbs edildikdən sonra mənsub olduğu CHP onun prezidentliyə namizədliyini rəsmi şəkildə irali sürüb.

- Əkrəm İmamoğlunun həbsinin ictimai və siyasi nəticələri nələrdir?

Həbsi ölkə miqyasında kütləvi etirazlara səbəb oldu. Xüsusən İstanbulda keçirilən "Maltepe mitinqi" müxalifətin birliyini nümayiş etdirdi. İmamoğlunun həbsi həm daxildə, həm də beynəlxalq aləmdə siyasi motivli qərar kimi qiymətləndirildi. Hazırda Silivri həbsxanasındadır və məhkəmə prosesini gözləyir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1325   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl

24 sentyabr