Yeni pandemiya qapıda - Ölkələr bunu etməsə...

Yeni pandemiya qapıda - Ölkələr bunu etməsə...ÜST yenidən dünyanı xəbərdar etdi; həkimlər də hazır olmağa çağırır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyanı yeni pandemiyanın istənilən an baş verə biləcəyi ilə bağlı xəbərdar edib. Musavat.com xəbər verir ki, o, ölkələri pandemiyaların qarşısının alınması üçün beynəlxalq saziş üzərində işləri sürətləndirməyə çağırıb.

"COVID-19 artıq çoxlarına uzaq bir xatirə kimi görünür. Amma növbəti pandemiya gözləməyəcək. Bu, 20 il sonra da baş verə bilər, sabah da", - deyə ÜST rəhbəri təşkilatın üzv ölkələrinin səfirləri qarşısında çıxışı zamanı bildirib. Qebreyesusun bu açıqlaması dünya ictimaiyyətində ciddi narahatlıq yaradıb. Ekspertlər hesab edirlər ki, qlobal səhiyyə sistemləri mümkün pandemiyaya qarşı daha hazırlıqlı olmalıdır. Bəs ölkələr arasında beynəlxalq saziş konkret nəyi nəzərdə tutur? Yay aylarında yeni pandemiya mümkünmü?

Qeyd edək ki, ÜST pandemiyalara hazırlıq və cavab tədbirləri üzrə beynəlxalq sazişin yekunlaşdırılması üçün işləri davam etdirir. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, 2025-ci ilin may ayına qədər razılaşmanın əldə olunacağına inanır. Bununla belə, bəzi ekspertlər danışıqların ləng getdiyini və razılaşmanın vaxtında yekunlaşmasının qeyri-mümkün ola biləcəyini qeyd edirlər. Eyni zamanda, ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəhbərliyi ilə ABŞ ÜST-dən çıxmaq qərarı alıb və bu qərar 22 yanvar 2026-cı ildə qüvvəyə minəcək. Bu addım beynəlxalq səhiyyə əməkdaşlığına və pandemiya sazişinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. Hazırda müzakirə olunan pandemiya sazişi (Pandemic Accord) bir sıra məqsədləri var. Bunları məlumatların tez və şəffaf paylaşılması, vaksin və dərmanların ədalətli bölüşdürülməsi, milli səhiyyə sistemlərinin möhkəmləndirilməsi, sərhədlərarası əməkdaşlıq və erkən xəbərdarlıq sistemlərinin qurulması, qlobal elmi araşdırmalara sərmayələrin artırılmasıdır. Bu sazişin məqsədi gələcək pandemiyalarda dünyanın COVID-19 zamanı yaşadığı çaşqınlığı və qeyri-bərabərliyi aradan qaldırmaqdır.

Mütəxəssislər qeyd edirlər ki, yay aylarında havanın isti və quru olması bəzi virusların yayılma tempini zəiflədib, digərlərinin isə artmasına səbəb ola bilər. Havadan keçən viruslar (məsələn, qrip və COVID-19) yayda azalsa da, enteroviruslar, bəzi zoonozlar və iqlim dəyişiklikləri ilə əlaqəli mikroblar artma potensialına malikdir. Sərhədlərin açıq olması və beynəlxalq səyahətlərin artması yeni virusların sürətli yayılmasına şərait yarada bilər. Həkimlərin və virusoloqların ehtimallarına görə yeni pandemiyaya səbəb ola biləcək bir neçə virus var. "X xəstəliyi" (Disease X) - ÜST bu termini hələ aşkarlanmayacaq, lakin yüksək pandemik potensiala malik viruslar üçün istifadə edir. H5N1 quş qripi - son zamanlar məməlilərə keçməsi ilə bağlı narahatedici siqnallar var. Nipah virusu - ölüm səviyyəsi yüksəkdir, insanlara keçmə ehtimalı artır. Koronavirus ailəsindən yeni variantlar: SARS-CoV-2-nin mutasiyaları hələ də təhlükə törədir.

Johns Hopkins Universitetinin Beynəlxalq Səhiyyə Departamentinin tədqiqatçısı Pranab Çatterci bildirib ki, "X xəstəliyi"nin (Disease X) baş verməsi ehtimalı daha realdır və dünya bu cür naməlum patogenlərə hazır olmalıdır. Stenford Universitetinin professoru Dr. Jay Bhattacharya isə ABŞ-ın pandemiyaya hazırlıq səviyyəsini tənqid edərək, gələcəkdə daha effektiv tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Bir sözlə, yeni pandemiyanın baş vermə ehtimalı realdır. Yay aylarında da gözlənilməz hallara hazır olmaq lazımdır. Beynəlxalq əməkdaşlıq və hazırlıq planları sadəcə ehtimal üçün deyil, qətiyyətlə reallaşdırılmalı olan tədbirlərdir.

Adil Qeybulla istefa verdi Pravda.az

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, qrip növbəti pandemiya ola bilər: "Ümumdünya Səhiyyə Təşkilatına görə, insan sağlamlığını təhdid edən 10 amildən biri bizi qarşıda gözləyən qrip virusu və onun pandemiyasıdır. Qrip hər il yeni bir ştamla peyda olur. Amma nə vaxtsa dəhşətli bir pandemiyanın olması proqnozdaşdırılır, misal üçün, ispan qripi şəklində. Ona görə də bu koronovirus pandemiyasının olması əslində proqnozlaşdırılan idi. Bütün bunların hamısı sonda həddən artıq insan artımına gəlib çıxır. İnsanlar artdıqca faunanı, floranı məhv edir. Heyvanlarda olan viruslar insanlara transfer edir və nəticədə də bu vəziyyət yaranmış olur. Bu, sanki təbiətin öz-özünü tənzimləməsidir.

Hətta laboratoriyada olub və oradan yayılması versiyası belə istənilən halda gəlib buna çıxır. Hesab edirəm ki, yaşadığımız planetdəki yerimizə, mövqeyimizə, münasibətlər sisteminə - hər şeyə yenidən baxmalıyıq. Bir tərəfdən qlobal iqlim dəyişikliyi, yer kürəsində istilik tənzimləyən mexanizmlərin pozulması, digər tərəfdən kütləvi insan artımı və onların fəaliyyəti nəticəsində bir az da bu prosesə təkan verilməsi yer kürəsini faciələrə doğru aparıb. Biz bunu dərk etməliyik".


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 994   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30 oktyabr
.

Dərman alarkən bu səhvlərə yol verməyin! - VACİB XƏBƏRDARLIQ

Dərman preparatlarının istifadəsi, satışı və saxlanması ilə bağlı qaydaların pozulmasına görə cərimələrin tətbiqi əhalinin sağlamlığının qorunması və dərman bazarında təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, mənşəyi məlum olmayan, saxta və ya düzgün saxlanılmadığ

23 oktyabr
.

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı

18 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Yüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər

"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri

9 oktyabr
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Ürək transplantasiyasının icbari tibbi sığorta hesabına icra edilməsi təklif olunub

Ürək transplantasiyası və gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilməsi vacibdir. "Report" xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Azərbaycand

1 noyabr
.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29 oktyabr