Elmin izah edə bilmədiyi adam: Xəstə doğulub necə alim oldu?
11 noyabr 1951-ci ildə Pik ailəsində ilk uşaq dünyaya gəlir. Amma məlum olur ki, uşağın beynində bir çox patologiyalar var. Hidrosefaliya, yırtıq, beyin arakəsməsinin olmaması, beyincikdə zədənin olması uşağın gələcəkdə əqli və fiziki cəhətdən qüsurlu olacağından xəbər verirdi.
4 yaşına qədər yeriyə bilməyən autizm diaqnozu olan uşaq hərf və rəqəmlərə maraq göstərməyə başlayır. Kim iki yaşınadək oxumağı öyrənir.
Bir gün atası Frensis qəzet oxuyarkən 16 aylıq oğlunun da qəzet oxuduğunun şahidi olur. Uşaq 3 yaşında ciddi kitabları asanlıqla mənimsəyir və hər səhifəni fenomenal yaddaşına həkk edərək izahlı lüğətdən mükəmməl istifadə edə bilir.
14 yaşında Kim tam orta məktəb kursunu bitirir, lakin əlil olduğu üçün ona sağlam uşaqlara verilən sertifikatı almağa icazə vermirlər.
O, dünyanın bütün telefon kodlarını, ABŞ-nin poçt indekslərini, bütün küçələrin adlarını, milyonlarla insanın telefon nömrəsini və bu nömrələrin sahiblərinin adlarını yadında saxlayır. Xüsusi mütaliə üsulu kəşf etmiş gənc kitabın sağ səhifəsini sağ gözü ilə, sol səhifəsini də sol gözü ilə oxuyur.
Kim bir vərəqi 8-10 saniyəyə, bütöv bir qalın kitabı isə 10 dəqiqəyə oxuyub bitirir.
Qəribə yerişi və davranışı olan Kim Pik 33 il tənha həyat sürür və yalnız məşhur amerikalı yazıçı, Hollivud kinossenariçi Barri Morrou ilə tanış olduqdan sonra məşhurlaşır.
Yazıçının Kim və ailəsi ilə yaxından tanışlığı "Oskar" mükafatına layiq görülmüş "Yağış adamı" filminin yaranmasına səbəb olur. İnsanlar "Yağış adamı"nın əsl qəhrəmanı ilə görüşməyə can atırlar, ona görə də Piki müxtəlif tədbirlərə dəvət edirlər.
Məşhur Kim Pikə 20 il əvvəl verilməyən orta məktəb diplomu, nəhayət ki, verilir. İnsanlar ona "Kim Püter", "Kim Kompüter" deyirlər.
Daha dəqiq tibbi müayinə edildikdən sonra bu fenomenin autizm deyil, savant diaqnozu olduğu aşkarlanır.
Ailə həyatı qurmayan Pik həyatının mənasını mütaliədə tapır və ömrünün sonuna qədər 12 000-dən çox kitab oxuyub yaddaşında saxlayır.
Fenomenal yaddaşa malik "Yağış adamı" Kim Pik 19 dekabr 2009-cu ildə doğulduğu Solt-Leyk-Siti şəhərində 58 yaşında ürəktutmadan vəfat edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1133 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabr