"Azdrama"da əlbəyaxa dava: Xalq artistinə hücuma keçdilər (YENİLƏNİB)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ("Azdrama") Bədii Şurada baş verən insidentə münasibət bildirib. Teatrdan bildirilib ki, aprelin 4-də Bədii Şuranın iclası zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaşanıb:
"Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır".
10:48
Akademik Milli Dram Teatrının (Azdrama) səhnə arxasında əlbəyaxa dava baş verib.
Bu barədə Qaynarinfo-ya sözügedən teatrın aktyorları məlumat verib.
Onların bildirdiyinə görə, davaya səbəb kənar teatrların aktyor və rejissorlarının Akademik Milli Dram Teatrına dəvət edilməsinə etiraz olub.
Dava teatrın bədii şurasının iclasında baş verib. Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar.
Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar.
Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib.
Xalq artisti Əli Nur baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət edib. Hadisə araşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2859 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş
Bir həftədir onlardan xəbər yoxdur
Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar 7 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur. -a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkindir. Onlar birlikdə Maştağa qəsəbəsində
23 aprelHərbçimizin meyiti kanaldan tapıldı - Fotolar
Ötən gün Bərdə rayonu Lənbəran kənd sakini 1983-cü il təvəllüdlü Hafiz Zülfüqarovun meyiti Qarabağ suvarma kanalından tapılıb. "Unikal"a istinadən xəbər verir ki, H.Zülfüqarov Müdafiə Nazirliyinin hərbi qulluqçusu olub. O, gizir rütbəsində xidmət edirdi. İlkin məlumata görə, H.Zülfüqarov ürəktutmada
23 aprelLeysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunu
23 aprelBu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı (VİDEO)
Bakıda köhnə, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü davam edir. Qaynarinfo Xəzər TV-yə istinadən bildirir ki, Xətai, Sabunçu, Suraxanı rayonlarında söküntü aparılacaq ünvanlar açıqlanıb. Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən bir neçə qəzalı binanın sökülməsi, o cümlədən Zabrat qəsəbəsi
23 aprelBu şagirdlərə attestat verilməyəcək
Azərbaycanda 2025-ci il buraxılış imtahanları başa çatıb və nəticələr artıq açıqlanıb. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2 və 9 mart tarixlərində keçirilən imtahanlarda 116 mindən çox şagirdin iştirakı nəzərdə tutulurdu. Onlardan 43 nəfəri maksimum nəticə – 300 bal toplayaraq imtahanın ən yüksə
22 aprelŞəhid atası torpağının əlindən alındığını deyir
"1998-ci ildə Yevlaxın Nemətabad kəndində bizə 3,69 hektar pay torpağı verilib. İllərdir istifadə etdiyimiz torpağı qanunsuz olaraq əlimizdən alırlar. Halbuki bütün sənədləri qaydasındadır. Məhkəmələrdə qalmışam, haqlı ola-ola haqsız vəziyyətə düşmüşəm. Bu şikayətlə "Qafqazinfo"ya Nemətaba
22 aprelAZAL Qurban bayramına özəl uçuşların sayını artırır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək. Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb. xəbər verir ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i
23 aprelCeyhun intihar edibmiş...
Xəbər verdiyimiz kimi, Naxçıvanda xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi 4 ilə kimi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Hadisədən dərhal sonra Baş Prokurorlu
22 aprelMasallıda doğuş zamanı ana öldü
Masallıda doğuş zamanı ana ölümü baş verib. APA-ya istinadən xəbər verir ki, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır
23 aprel