Niyə bir neçə çips ilə kifayətlənə bilmirik və daha çox yemək istəyirik? - Maraqlı səbəb açıqlandı
Bir çoxumuz həyatımızı duzlu qida olmadan təsəvvür edə bilmirik. İstər bir paket çips olsun, istər duzlu qoz-fındıq və ya kartof fri, bir neçə dənə ilə kifayətlənmək demək olar ki, mümkün deyil. Bəs niyə duz bu qədər asılılıq yaradır? Bu, beynimizə və bədənimizə necə təsir edir?
Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı uşaq endokrinoloqu və nutrisioloq Darya Xaykina "Gazeta.ru"ya müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, duz (NaCl) orqanizmimizin əsas ehtiyacıdır. Tərkibində su-tuz balansının qorunması, sinir impulslarının ötürülməsi və əzələlərin normal işləməsi üçün zəruri element olan natrium var. Natrium qan təzyiqini tənzimləyir və qida maddələrinin hüceyrələrə daşınmasında iştirak edir. Natrium çatışmazlığı halında zəiflik, başgicəllənmə və fikir qarışıqlığı kimi narahatlıqlar ortaya çıxa bilər. Orqanizm bütün gücü ilə bizə nəsə duzlu bir şey yeməyimizi "işarə edəcək".
Lakin həyati funksiyaları qorunması üçün bizə çox az duz lazımdır - gündə təxminən 1,5 qram natrium və bu da təxminən 3,8 q duza bərabərdir. Ümumdünya Sağlamlıq Təşkilatı (ÜST) hipertoniya, insult və ürək-damar xəstəlikləri riskini azaltmaq üçün duzun gündə 5 qramdan (təxminən bir çay qaşığı) çox olmamasını tövsiyə edir. Lakin orta hesabla insan gündə 9-12 qram duz istehlak edir ki, bu da normadan iki dəfə çoxdur. Və bu hamısı deyil.
Duz nikotin və ya kokainə bənzər asılılıq yaradır
"The Journal of Neuroscience" (2008) jurnalında dərc edilən bir araşdırma göstərib ki, duz nikotin və ya kokain qədər asılılıq yarada bilər. Uzun müddət duzsuz pəhriz saxlayan insanlar duzlu qidaları "qeyri-adi dadlı" kimi təsvir ediblər. Bu nə ilə bağlıdır?
Duzlu yemək yediyimiz zaman beynin dofamin (dopamin) sistemi aktivləşir, necə ki, şirin nəsə yeyəndə, cinsi əlaqə zamanı və ya oyun oynayanda bu baş verir. Bu, xoş emosiyalar doğurur və davranış modelini formalaşdırır: qida = sevinc. Razılaşın ki, kimsə özünü sevincdən məhrum etmək istəməz.
Bundan əlavə, əgər siz xroniki stres keçirirsinizsə, o zaman daha çox duz qəbul edəcəksiniz. Yüksək səviyyədə kortizol (stres hormonu) duzlu qidalara olan meyli artırır. Bu onunla bağlıdır ki, duz hipotalamo-hipofiz-adrenal (böyrəküstü vəzi) oxunun aktivliyini azaltmağa kömək edir və bununla da stresli reaksiyanı bir qədər azaldır. 2020-ci ildə siçanlar üzərində aparılan təcrübələr göstərib ki, duz istehlakı narahatlıq səviyyəsini azaldır.
Duz yağlılığı maskalayır və iştahı stimullaşdırır
Duz təkcə yeməyin dadını yaxşılaşdırmır, həm də yağlılığı maskalayır və iştahı stimullaşdırır. Duz və yağın kombinasiyası (birləşməsi) ən güclü asılılıq yaradan qidalardan biridir. Bu niyə bir ovuc duzlu qoz-fındıq və ya kartof fridən sonra dayanmaqda çətinlik çəkdiyimizi izah edir. Yüksək duzluluq həm də toxluq reseptorlarının həssaslığını azaldır - biz tox olanda belə yeməyə davam edirik.
"Duzlu qidalara sevgi kapriz (şıltaqlıq) deyil, fizioloji və neyrokimyəvi proseslərin nəticəsidir. Ancaq yadda saxlamaq lazımdır ki, hər yaxşı şey kimi, duz da normada olmalıdır. Əgər duzlu qidalara daimi həvəs hiss edirsinizsə, o zaman qanınızdakı natrium səviyyəsini yoxlamağa, həmçinin bunun arxasında stres və ya yorğunluğun dayanıb-dayanmadığını da düşünməyə də dəyər", - deyə Darya Xaykina qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?