ABŞ onlarla elektronika növünə cavab rüsumlarından istisna edib
ABŞ səlahiyyətliləri onlarla elektronika malı növünə qarşı tətbiq olunan cavab idxal rüsumlarını ləğv edib.
"Report" xəbər verir ki, bu barədə "The Hill" ölkənin gömrük xidmətinə istinadən məlumat yayıb.
Xidmətin təqdim etdiyi siyahıya 20-yə yaxın mal növü, o cümlədən kompüterlər, mobil telefonlar və bəzi mikroçiplər daxildir.
Nəşr qeyd edir ki, bu yolla ABŞ administrasiyası sözügedən məhsulların qiymətinin artmasının qarşısını almağa çalışır. ABŞ mediası xəbər verir bu qərar Çindən gələn mallara da aiddir
Aprelin əvvəlində ölkəsinin çoxsaylı ticarət tərəfdaşlarına cavab tarifləri elan edən ABŞ Prezidenti Donald Tramp istisnaların olacağını etiraf edib.
Eyni zamanda, "The Hill" bəzi elektronika növlərinin gələcəkdə hələ də tariflərə tabe ola biləcəyini vurğulayır. Belə ki, Tramp ABŞ-də onların istehsalını stimullaşdırmaq üçün gələcəkdə mikroçiplərə ayrıca rüsumlar tətbiq etməyi planlaşdırdığını bəyan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1434 Tarix: 13 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölçüsü Seul qədər, okeandan 10 dəfə daha duzlu: Bu unikal göl nədir?
Yer üzündə ən aşağı nöqtə hesab edilən, dəniz səviyyəsindən 427 metr aşağıda yerləşən Ölü dəniz "dənizin içində dəniz" kimi tanınır. Onun suyu təxminən 30 faiz duzdan ibarətdir və duzluluq səviyyəsi okeanlardan təxminən 10 dəfə yüksəkdir. Qaynarinfo xəbər verir ki, bu barədə "Discove
10 aprelMaqnus Karlsen onunla selfi çəkdirən şahmatçını anında "SATDI" - VİDEO
Norveçli qrossmeyster Maqnus Karlsen maraqlı hadisə ilə yenidən gündəmə gəlib. xəbər verir ki, turnir öncəsi baş verən olayda Karlsen qazaxıstanlı şahmatçı Alua Nurmanın xahişini geri çevirməyərək onunla birlikdə selfi çəkdirib. Lakin bundan qısa müddət sonra o, hakimə müraciət edərək vəziyyətlə bağl
7 aprelAdrian Belutsel: Moldova MDB-nin üzvü olaraq qalmağı mənasız görürdü
Moldova Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxdı, çünki indiki reallıqlarda bu təşkilatın üzvü olaraq qalmağın mənasını görmürdü. Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında ölkənin hakim Fəaliyyət və Həmrəylik Partiyasının deputatı, 2023-2025-ci illərdə Moldova Prezidenti Adminisrtasiyasını
11 aprelİranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub?
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub. xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı paylaşıb. Telekanalın Pakistanın ali rütbəli rəsmisinə istinadla verdiyi məlumata əsasən, Birləşmi
11 aprelRusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib
Rusiya və Ukrayna bu gün 175-in 175-ə formatında əsir mübadiləsi həyata keçirib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan bildirilib ki, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub
11 aprel