Türkiyədə ianə adı altında İŞİD-i maliyyələşdirmə sxemi ifşa olunub
İstanbul polisi humanitar yardım toplamaq adı altında sosial şəbəkələr vasitəsilə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatını maliyyələşdirən kanalı ifşa edib.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, cinayət sxemi Terrorla Mübarizə İdarəsi tərəfindən terrorçularla əlaqəli sosial media hesablarının monitorinqi zamanı üzə çıxıb.
Əvvəllər İŞİD ilə əlaqəsi olduğu üçün hüquq-mühafizə orqanlarının diqqətini çəkən şübhəli şəxs saxta hesab açıb və guya kimsəsiz uşaqlara, qaçqın düşərgələrindəki ailələrə və ehtiyacı olanlara yardım üçün vəsait toplayan elanlar yerləşdirib.
Sonuncu belə "humanitar aksiya" "ehtiyacı olanlar üçün dəsmal pulunun toplanması" kimi təqdim edilib. Yığılan vəsait şübhəlinin anasının adına açılmış bank hesabına köçürülüb, sonra isə digər hesablara yönləndirilib.
Hüquq-mühafizə orqanları pulun son nəticədə xarici vətəndaşlar vasitəsilə Suriyaya, qaçqın düşərgələrinə, həmçinin Türkiyədəki İŞİD üzvlərinin ailələrinə göndərildiyini müəyyən ediblər.
Xüsusi əməliyyat nəticəsində İstanbulun müxtəlif bölgələrində 7 ünvanda 9 şübhəli saxlanılıb. Axtarışlar zamanı külli miqdarda rəqəmsal materiallar, 17 min 900 ABŞ dolları və 109 min 800 lirə maddi sübut kimi ələ keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 765 Tarix: 19 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrRusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı
22 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabr