Film yox, həqiqət: O gecə nələr baş verib? - "Titanik"in kapitanının dəhşətli hekayəsi

Film yox, həqiqət: O gecə nələr baş verib? - "Titanik"in kapitanının dəhşətli hekayəsi1997-ci ildə Ceyms Kemeronun rejissoru olduğu, baş rollarda Keyt Vinslet və Leonardo DiKaprionun oynadığı "Titanik" filmi 1912-ci ildə baş verən fəlakətin illər sonra yenidən gündəmə gəlməsində mühüm rol oynayıb. Filmdə "Titanik"in kapitanı Edvard Con Smitin qəhrəmancasına ölüm səhnəsi yadda qalan anlar arasındadır. Ancaq 15 aprel 1912-ci ildə baş verənlərin gerçəkdə bununla heç bir əlaqəsi yoxdur.

Kapitan özünü vurubmu?

Qaynarinfo xəbər verir ki, qəzadan üç gün sonra, 18 aprel 1912-ci ildə ABŞ-da yayımlanan "Los Angeles Express" qəzeti "Kapitan E. C. Smit özünü vurdu" başlıqlı xəbər yayıb. Ertəsi gün "Daily Mirror" qəzeti də oxşar bir məlumatla çıxış edib. Həm Nyu-Yorkda, həm də Londonda aparılan istintaqlarda sağ qalan sərnişinlərin ifadələri bu versiyanı gücləndirib. Bəziləri kapitanın çoxlu spirtli içki qəbul etdiyini, digərləri isə buz dağlarına dair xəbərdarlıqları görməzlikdən gəldiyini iddia edib.

O dövrün ənənələrinə görə, kapitanların şərəfli şəkildə batmaqda olan gəmi ilə birgə ölmələri gözlənilirdi. Bu səbəbdən "White Star Line" şirkətinin ulduz kapitanı və dövrünün ən yüksək maaşlı dənizçilərindən biri olan Smitin intihar etdiyi iddiaları böyük biabırçılıq kimi qarşılanıb.

Yeni kitab iddiaları alt-üst etdi

Dan Parkes tərəfindən yazılan və bu yaxınlarda yayımlanan "Titanic Legacy: The Captain, The Daughter and The Spy" adlı kitab bu mübahisəyə qəti son qoymaq niyyəti daşıyır. Parkes Smitin öz həyatına son vermədiyini, əksinə, ya boğularaq, ya da donaraq ölən 1496 nəfərdən biri olduğunu iddia edir. O, illərlə apardığı araşdırmalara əsaslanaraq, kapitanın nüfuzuna qəsdən xələl gətirildiyini, uydurma hekayələrlə haqsız yerə hədəf seçildiyini bildirir.

Bernard Hill "Titanik" filmində kapitan Smiti canlandırıb

Kitabda göstərilir ki, qəzadan 3 ay sonra Merilandda yaşayan bir kişi kapitanın hələ də sağ olduğunu iddia etmiş, daha sonra "Life" jurnalında Ohayoda yaşayan bir adam "Mən "Titanik"in kapitanıyam" demişdi. Parkes bu məlumatların cəfəngiyat olduğunu, Smitin sürət və buz dağları barədə xəbərdarlıqlara məhəl qoymadığına dair heç bir dəlil olmadığını qeyd edir.

"O, bir qəhrəman kimi öldü"

Kapitan Smitin intihar etmədiyini, əksinə qəhrəmancasına davrandığını təsdiqləyən şahidlər də var. Birinci sinif sərnişini, bankir Robert Uilyams Daniel "New York Herald" qəzetinə bildirib ki, kapitanı son dəfə gəminin körpüsündə görüb və onun suya batdığının şahidi olub. Smitin köməkçisi Artur Peyntin isə son dəfə kapitanla birgə körpüdə görüldüyü bildirilir.

Kapitan Edvard Con Smit

Xilasedici Frederik Harris "Western Daily Mercury" qəzetinə açıqlamasında, kapitanın bir uşağı qucağına alaraq qayıa çatdırdığını, lakin özü minmədiyini söyləyib. Eyni zamanda, saxta adla gəmiyə minən dələduz Corc Brebreton "Brooklyn Daily Eagle" qəzetinə verdiyi müsahibədə Smitin suda bir uşağı xilas edib, sonra isə batmaqda olan gəmiyə doğru üzməyə davam etdiyini deyib.

İntihar, yoxsa nüfuz sui-qəsdi?

Parkes intihar iddialarının əsasız olduğunu, belə ifadə verənlərin çoxunun gəmi batmadan xeyli əvvəl xilasetmə qayıqlarında olduğunu vurğulayır. O, bu iddiaların kapitanın dul həyat yoldaşı Elinor (1931-ci ildə vəfat edib) və qızı Melinin (1973-cü ildə vəfat edib) həyatlarını alt-üst etdiyini, bunun bir növ "nüfuz sui-qəsdi" olduğunu bildirir.

Parkesin fikrincə, həmin gecə həyatda qalan sərnişinlər yaşadıqları travma səbəbindən kimisə günahlandırmaq ehtiyacı hiss ediblər və bu səbəbdən Smit hədəfə çevrilib.

"Mən də onunla batacağam"

Kitabda qeyd olunur ki, Smit illər öncə bu aqibətini proqnozlaşdırmışdı. İkinci kapitan Uilyam Merdokun həyat yoldaşı Adanın gəminin hazır olmadığına dair narahatlığına cavab olaraq Smit demişdi: "Əgər dünyanın ən böyük sərnişin gəmisi batarsa, mən də onunla batacağam".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1610   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı

13 sentyabr
.

Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib. "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib. Buna səbəb "Meta"nın AB

13 sentyabr
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13 sentyabr
.

ABŞ fond indeksləri hərracı enişlə başa vurdu

ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla

15 sentyabr
.

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. "Report"un xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. "MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarl

13 sentyabr
.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13 sentyabr
.

Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir

Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind

13 sentyabr
.

Almaniyada benzinin qiyməti rekord həddə çatıb

Almaniyada "Super E10" benzinin qiyməti rekord həddə çatıb. xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Klubu məlumat yayıb. Hazırda ölkədə "E10" benzininin litrinin orta qiyməti 2404 avrodur. Bundan əlavə, mütəxəssislər dizel yanacağının qiymətinin çox yaxın gələcəkdə rekor

14 sentyabr
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

13 sentyabr