Nəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTO

Nəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTOArgentina paytaxtı Buenos-Ayresin şimalında yerləşən Nordelta qəsəbəsi yüzərlə dünyanın ən iri gəmiricisi olan kapibaralar tərəfindən işğal edilib.

Sonxeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2020-ci ildə pandemiya səbəbilə əhalinin evlərində qapalı qalmasından istifadə edən kapibaralar yaşıl ot və təzə su tapmaq üçün qəsəbənin nəfis məhəllələrinə yayılıblar. Onlar üçün digər cəlbedici amil yırtıcı heyvanların olmamasıdır.

Bioloqların hesablamalarına görə, son 2 ildə Nordeltadakı kapibaraların sayı 3 dəfə artaraq təxminən 1000 fərdə çatıb. Bu, yerli sakinlər üçün ciddi problem yaradıb.

Qəsəbədə indi kapibaraların tennis kortları yaxınlığında otladığını, voleybol meydançalarında yatdığını və maşınların qarşısından küçə keçdiyini görmək mümkündür. Əksər sakinlər kapibaraları sevimli hesab etsələr də, onlar yol qəzalarına səbəb olur, bağ bitkilərini yeyir və ev itlərinə hücum edirlər.

Nordelta rayonunun rəhbərlərindən biri Pablo Pefore bildirib ki, ona tez-tez bu amfibiya gəmiriciləri barədə şikayətlər gəlir, çünki bəzi insanlar onları aqressiv hesab edir və kiçik uşaqları üçün qorxurlar. O öz minişnauzerinin kapibaralar tərəfindən təqib edildiyini və bu səbəbdən onu bağçada tək buraxa bilmədiyini söyləyib.

Ancaq onun qonşusu Veronika Esposito iddia edir ki, kapibaralar itlərə yaxınlaşmır, yalnız bitkilərlə qidalanır: "Bəli, bitkiləri yeyirlər. Amma bitkilər yenidən bitər. Mən bunda problem görmürəm".

Esposito bu heyvanların müdafiəsini dəstəkləyən kiçik bir sakin qrupunun üzvüdür.

Argentina hökuməti keçən il Nordeltada 3 kapibarada vasektomiya təcrübəsinə başlayıb ki, bunun kişi fərdlərin qrupdakı statusuna necə təsir edəcəyini öyrənə bilsinlər. Uğurlu olarsa, bu üsul genişmiqyaslı tətbiq edilə bilər.

Fevralda isə yerli hökumət tərəfindən təsdiq edilən "kontraseptiv peyvənd proqramı" başladılıb. Çərçivəsində 250 yetkin kapibaranın sterilizasiyası nəzərdə tutulur.

Təşkilatın baş bioloqu Konstansa Falqera izah edib ki, onlar spermanın istehsalını dayandıran və yumurtlamanı əngəlləyən "peyvənd"dən istifadə edirlər. Bunun üçün bir neçə ay fasilə ilə 2 inyeksiya lazımdır, lakin təsiri yalnız bir neçə ay davam edə bilər, buna görə də heyvanları təkrar-təkrar peyvənd etmək üçün yuxu halına gətirmək lazımdır.

Sterilizasiyanın dəqiq müddəti məlum deyil, çünki ABŞ-də istehsal olunan bu preparat əvvəl kapibaralarda istifadə edilməyib. Əslində bu dərman donuzlarda ət dadını yaxşılaşdırmaq üçün kəsmədən əvvəl hormonal tarazlığı tənzimləmək üçün yaradılıb.

2019-cu ildə Nordeltada kapibaraları qorxutmaq üçün çimərliklərə yırtıcı heyvanların qoxusu yayılıb. Lakin Falqeranın sözlərinə görə, kapibaralar artıq təbii düşmənlərlə üzləşmədiyi üçün bu metodun effektivliyi zamanla azalıb. Buna görə də icma kastrasiya və ya vasektomiyadan daha effektiv olan inyeksiya üsulunu seçib.

Eyni zamanda, kapibaraların müdafiəçiləri heyvanların çoxalmasına müdaxiləni aqressiv və qəbuledilməz hesab edirlər. Onlar iddia edirlər ki, populyasiyanın artmasının səbəbi yalnız vəhşi meşələrin məhv edilməsi nəticəsində heyvanların şəhərətrafına köçməsidir və kapibaralar üçün xüsusi təbiət qoruğu yaradılmasını tələb edirlər.
Nəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTONəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTONəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTONəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTONəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTONəhəng gəmiricilər bir qəsəbəni "ələ keçirdi" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1397   Tarix: 22 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Rusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib

Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı

22 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr