Zelenski AK-nın rəhbəri ilə Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə edib
Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyen müharibəni mümkün qədər tez bitirmək üçün tədbirləri və Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini müzakirə ediblər.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski görüşün yekunları üzrə özünün Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, AK rəhbəri ilə görüş müsbət ruhda keçib və ukraynalıların həyatının qorunmasına, təhlükəsizliyin bərpasına və qeyd-şərtsiz atəşkəsin yaxınlaşmasına kömək edəcək addımlara həsr olunub.
"Aİ-nin 17-ci sanksiyalar paketinin hazırlanmasına xüsusi diqqət yetirilib. Onun Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəldilməsi və sülhün bərpası üçün Rusiyaya təzyiq elementlərindən birinə çevrilməsi vacibdir", - Ukrayna prezidenti vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri ilə görüşdə xüsusilə Ukrayna ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1123 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Ukrayna və Moldova ilə danışıqların başlamasını razılaşdırıb
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna və Moldova ilə Aİ-yə üzvlük üzrə danışıqların birinci klasterinin açılmasını razılaşdırıb. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin birgə bəyanatında bildirilib
14 iyun"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın əvvəllər dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirməyə razılaşıb. "Report" xəbər verir ki, "Reuters" bu barədə mənbələrə istinadən məlumat yayıb. İki mənbənin məlumatına görə, BƏƏ ümumilikdə 10 milyard dollar dəyərində səhmləri aktivləşdirməy
14 iyunBerlində təhlükəli virus yayılmağa başlayıb
Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2
14 iyunƏraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
İran yüksək səviyyədə zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır, lakin yalnız öz ərazisində. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. "Uranın yüksək dərəcədə zənginləşdirilməsi, yəni 60 %-ə qədər olan nisbətlə bağlı mövqeyimiz həmişə bel
14 iyunKonqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində üç nəfər artaraq 139-a çatıb. "Report"un xəbərinə görə, bu barədə Konqonun Rabitə və Media ilə İş üzrə Nazirliyi gündəlik bülletenində məlumat verib. Məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 689-
14 iyunRumıniyanın Baş naziri Tomak istefa verib
Rumıniya Prezidenti Nikoşur Dan Eugen Tomakın Baş nazir vəzifəsindən istefa verdiyini elan edib. "Report" "Radio Romania İnternational"a istinadən xəbər verir ki, yeni Baş nazir Adrian Veştea təyin edilib. Danın sözlərinə görə, Veştea mühüm inzibati vəzifələrdə çalışıb, xüsusən d
14 iyunArıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı
Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd
14 iyun