Qətlə görə diz çöküb üzr istədilər - Gündəm olan video

Qətlə görə diz çöküb üzr istədilər - Gündəm olan videoBir neçə gündür sosial şəbəkələrdə Gürcüstanda qətl törətməkdə təqsirləndirilən bir şəxsin yaxınlarının öldürülənin ailəsindən diz çökərək üzr istəməsini əks etdirən görüntülər yayılıb. Görüntülər sözügedən hadisənin hansı şəraitdə və necə baş verməsinə dair suallar doğurub.

"Qafqazinfo" Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə ölkənin Kazbeqi rayonunda qeydə alınıb.

Bildirilib ki, qətli törətməkdə şübhəli bilinən və öldürülən şəxs qonşu olublar. Pasxa zamanı bayram süfrəsi arxasında tərəflər arasında dava düşüb. Bu zaman 33 yaşlı Paata Kuşaşvili qonşusu 47 yaşlı Qiya Xaikaşviliyə bıçaqla 10-dan çox zərbə endirib və hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan Xaikaşvilinin isə həyatını xilas etmək mümkün olmayıb.

Ölkə mediası yazır ki, qonşular arasında davaya səbəb "verilmiş vədin yerinə yetirilməməsi" olub. Kuşaşvili isə insidentdən iki gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Bunun ardınca, təqsirləndirilən şəxsin ailəsindən təqribən 20 nəfər Xaikaşvilinin dəfn mərasimi zamanı onun evinə gələrək üzr istəmək məqsədilə diz çöküblər. Bir müddət sonra hər iki ailənin üzvləri bir-birilərinin əlini sıxaraq barışıq nümayiş etdiriblər.

Qeyd olunub ki, Kazbeqidə icmalar arasında həmrəylik çox güclüdür. Bu təcrübə tərəflərin barışmağına və qan davasının qarşısının alınmasına imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1688   Tarix: 28 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

CENTCOM 1 milyard bareldən çox xam neftin Hörmüz vasitəsilə təhlükəsiz daşınmasını təmin edib

ABŞ son bir neçə ay ərzində 1 milyard bareldən çox neftin Hörmüz boğazından təhlükəsiz keçidini təmin edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper "X" sosial şəbəkəsində paylaşılan videomüraciətind

20 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb

Albaniyanın Baş naziri Edi Rama 2030 Gündəliyinə və Avropa İttifaqına (Aİ) inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib. "Report"un Balkan bürosu xəbər verir ki, Rama BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) icrasına həsr olunmuş 2026-cı il "SDG Moment" yüksək səviyyəli tədbir

20 sentyabr
.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr