Rumıniya ABŞ ilə vizasız rejimin bərpasına nail olmağı planlaşdırır
Rumıniya ABŞ ilə Vizadan İmtina Proqramının (Visa Waiver Program, VWP) bərpasına nail olmaq niyyətindədir.
"Report" Rumıniya mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkədə prezident seçkilərindən sonra Vaşinqton administrasiyasına bununla bağlı müraciət ediləcək.
Qeyd olunub ki, Rumıniya hökuməti ABŞ ilə sərhədlərdə təhlükəsizliyin gücləndirilməsi üçün amerikalı tərəfdaşlarla birgə işləməyə hazırdır.
"4 və 18 may seçkilərindən sonra Rumıniyanın yeni prezidentinin seçilməsi "Visa Waiver" proqramına qəbulun bərpası ilə bağlı amerikalı tərəfdaşlara müraciət etmək baxımından ölkəmiz üçün ən vacib məqam ola bilər", - hökumətin məlumatında bildirilib.
Məlumata görə, Rumıniya vizasız rejim proqramına qoşulmaq üçün bütün texniki şərtləri yerinə yetirib, buna görə də hökumət Buxarestin təkrar müraciətinə mümkün qədər tez baxılmasını istəyir.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Dövlət Departamentinin birgə həyata keçirdiyi vizasız rejim proqramına əsasən, iştirakçı ölkələrin vətəndaşları həm işgüzar, həm də turizm məqsədilə ABŞ-yə 90 gündən çox olmayan müddətə səfər edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 629 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulTramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur
ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt
5 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulAvropada ölüm saçan istilər: Qurbanların sayı artır
İyun ayında Fransa, Belçika və Niderland ərazisində müşahidə olunan anomal istilər nəticəsində 3 700-dən çox ölüm qeydə alınıb. xəbər verir ki, bu barədə "Reuters" rəsmi qurumların və tədqiqatçıların hesabatlarına əsaslanaraq məlumat yayıb. Mütəxəssislərin sözlərinə görə, iyunun 20-28-i aralığınd
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulQiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard
Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları
6 iyul