Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün MƏSLƏHƏTLƏR

Rəsmi servis, yoxsa "ölüxana"? - Sürücülərə aldanmamaq üçün MƏSLƏHƏTLƏRBu ilin yanvar-fevral aylarında Azərbaycan 353 milyon 777,12 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 milyon 913,88 min ABŞ dolları və yaxud 7,9 faiz çoxdur. Rəqəmlərdən də görünür ki, avtomobil ehtiyat hissələrinə çəkilən xərc və tələb artmaqdadır. Bəs sürücülər bu ehtiyat hissələrini əsasən haradan əldə edirlər? Son dövrün tələbi halına gələn Çin avtomobillərinə ehtiyat hissəsi tapmaq olurmu?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ölüxana"lar tarixə qovuşacaq"

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyevin fikrincə, bazara daxil olan avtomobillərin və onların ehtiyat hissələrinin artması son illər bu sektorda olan islahatlar, ölkəmizdə həyata keçirilən utilizasiya proqramı, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin nəticəsidir: "Ölkəmizə yaşı ondan artıq olan avtomobillər daxil olmur. Yeni avtomobillər onların ehtiyat hissələrinin də gətirilməsinə səbəb olur. Son zamanlar daha çox gələn ehtiyat hissələri yeni avtomobillərə aiddir. Bu ehtiyat hissələrini həm rəsmi dilerlər, həm də bu məhsulların satışı ilə məşğul olan mağazalar, şirkətlər ölkəmizə idxal edirlər. Artıq ölkəmizə gətirilən yeni avtomobillər üçün qapı-qapı gəzərək ehtiyat hissəsi axtarmağa ehtiyac yoxdur".

E.Əliyev deyir ki, avtomobilin yaşına əsasən ehtiyat hissələrinin tapıldığı məntəqələr dəyişir: "Dilerlər və mağazalardan başqa ölkəmizdə "ölüxanalar" da mövcuddur. "Ölüxanalar" daha çox yaşı ondan yuxarı olan avtomobillər üçündür. Yaşı az olan avtomobillər üçün insanlar yeni ehtiyat hissələri almağı daha üstün tuturlar. Hətta elə insanlar var ki, avtomobilinin yaşı ondan yuxarıdır, amma yeni ehtiyat hissəsi alır. Düşünürəm ki, "ölüxana"lar bir müddətdən sonra tarixə qovuşacaq. Daha çox klassik avtomobillər üçün fəaliyyət göstərəcək. Avtomobil parkımız yeniləndikcə, köhnə maşınlar utilizasiya prosesinə getdikcə, artıq "ölüxana"lara da ehtiyacımız olmayacaq".

"İnsanlara orijinal adı ilə saxta məhsul satırlar"

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, avtomobil ehtiyat hissələrinin idxalı artsa da, burada aldanmaq da mümkündür: "Ölkəmizə bir neçə formada ehtiyat hissələri gətirilir. Bu ehtiyat hissələri orijinal, orta, zəif olaraq kateqoriyalara bölünürlər. Bir çox hallarda sürücülər aldadılır. Məsələn, orijinal adı ilə insanlara saxta məhsullar satırlar. Hətta qablaşdırması belə orijinalından fərqlənmir. Burada ehtiyat hissələrini gətirən sahibkarlardan da çox şey asılıdır. Elə işbazlar var ki, qəsdən daha keyfiyyətsiz və ucuz məhsullar sifariş edirlər. Orijinal ehtiyat hissəsi 400-500 manatdırsa, saxtası 20-30 manata başa gəlir. Onlar da insanlara orijinal adı ilə ucuzunu satırlar. Bunun da səbəbi daha çox ehtiyat hissəsi satmaq hərisliyindən irəli gəlir. Bu kimi hallar hətta məşhur firmalarda da ola bilir".

Köhnəsi daha etibarlıdır?

A.Nəbiyevin fikrincə, bəzi ehtiyat hissələri var ki, onları ikinci əl almaq insanlara daha çox sərf edir: "Mağazalardan və yaxud "ölüxana"dan ehtiyat hissəsi əldə etmək əsasən insanların büdcələrinə görə olur. Kimin imkanı çatırsa, orijinal məhsula, kimin imkanı zəifdirsə, ikinci ələ müraciət edir. "Ölüxana"larda ehtiyat hissələri adətən xaricdən gələn avtomobillərin üzərindən sökülərək satılır. Yəni, elə orijinal məhsul hesab edilə bilər. Daha az istifadə olunmuş avtomobildən sökülmüş ehtiyat hissəsini uzun müddət istifadə etmək mümkündür. Hətta demək olar ki, yeni adı ilə aldığımız ehtiyat hissələrindən də davamlı olur. Yeni adı ilə aldıqlarımıza isə tam etibar edə bilmirik. Bəzi elektronika ehtiyat hissələrinə isə ümumiyyətlə zəmanət verilmir. Məhsulu maşına quraşdırdıqdan sonra işləmədikdə qaytarmaq da mümkün olmur".

"Çin avtomobillərinin ehtiyat hissələri çox azdır"

Ekspert ölkəmizdə yeni fəaliyyət başlayan avtomobil markalarının ehtiyat hissələri məsələsinə də toxundu: "Çin avtomobillərinin ehtiyat hissələri hələ ki, çox azdır. O səbəbdən də Çin avtomobilləri qəza etdikdə sürücülər aylarla gözləməli olur ki, ehtiyat hissələri idxal edilsin. "Ölüxana"larda isə hələ ki, Çin maşınlarının ehtiyat hissələrini tapmaq çətin məsələdir. Çünki həmin avtomobillər yenidir".

Xanım sürücülər daha çox aldadılır

A.Nəbiyev sürücülərə məsləhət gördü ki, aldanmamaq üçün tanıdıqları maşın ustalarına müraciət etsinlər: "Çünki onlar ehtiyat hissələrini sürücülərdən daha yaxşı tanıyırlar. Ustasız özbaşına aldıqda isə çox zaman aldadıla bilirik. Xüsusən də xanım sürücülərdə bu hal daha çox müşahidə edilir. Onların maşınlardan çox da anlayışı olmadığı üçün işbazlar rahatlıqla saxta məhsulları satmağa çalışırlar".

Yeni sürücülərə məsləhət

Ekspertin fikrincə, rəsmi servis mərkəzləri hər bir halda daha güvənlidir: "Amma kim ki, hələ ustalarla əlaqə yaratmayıb, sürücülükdə yenidir, tanıdığı biri yoxdursa, həmin şəxslər avtomobillərin rəsmi servis mərkəzlərinə üz tutsunlar. Servisdə avtomobil təmiri daha bahadır, amma vətəndaşları aldatmırlar. Onların təqdim etdikləri məhsulların keyfiyyəti digərlərindən daha yüksək olur. Gördükləri işə zəmanət də verirlər. Vətəndaş da bilir ki, dəyişdiyi ehtiyat hissəsini uzun müddət istifadə edə biləcək".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1118   Tarix: 04 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021