Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan model

Ernest Heminqueyin nəvəsi kimdir? - Evində ölü tapılan modelO, Cek Heminquey və Bira Luizin ailəsində doğulmuşdu. Xarici görünüşü sayəsində – uzun boylu, arıq və sarı saçlı klassik Amerika gözəli tərzində dünyanın ən məşhur jurnallarının üz qabığında yer alırdı.

Lent.az xarici mediaya istinaən xəbər verir ki, 1970-ci illərdə Marqo 1 milyon dollarlıq qonorar alan ilk model olub.

Lakin şöhrət öz "şeytanlarını" da gətirib. 1970-ci illərin Nyu-Yorkunda məşhur olan hər kəs kimi Marqo da Endi Varhol, Biansa Yager və Liza Minnelli ilə "Studio 54" klubuna gedirdi. Elə orada onun kokain və alkoqol asılılığı başlayıb. Bu isə nəticədə depressiyasını daha da ağırlaşdırıb.

Marqo həm də kinoda rol alırdı. Onun debüt rolu "Pomada" (1976) adlı zorlanma və intiqam haqqında olan filmdə olub. Bu filmdə o, 14 yaşlı bacısı Mariyel və aktrisa Ann Benkroft ilə birgə rol almışdı. O illərdə film layiqincə qiymətləndirilməmişdi, amma sonralar uğur qazandı və hətta kult film adlandırılıb.

Marqo həmçinin dəbli jurnallar üçün, o cümlədən Playboy üçün çəkilişlər edib. Onun sağlamlığına ciddi zərbə vuran hadisə isə xizək qəzası olub. Bu qəza nəticəsində çəkisi 91 kiloqrama qədər artıb.

Heminquey həm də qidalanma pozuntuları ilə mübarizə aparıb. Ailə üzvləri ilə münasibətləri gərgin olub, xüsusən də 1990-cı illərdə atasının – Cekin onu uşaqlıqda istismar etdiyini iddia etdikdən sonra. Ailə bu iddianı inkar edib və onunla əlaqəni kəsib.

İki uğursuz evlilik, iflasa uğrayan kino karyerası və reabilitasiya mərkəzlərində keçən vaxtdan sonra Heminquey 1996-cı ildə faciəvi şəkildə vəfat edib – cəmi 42 yaşında.

İyulun 1-də Santa Monikadakı mənzilində ölü tapılıb. Ölüm tarixi dəqiq müəyyənləşdirilməyib. Toksikoloji hesabatda onun ölümcül doza dərman qəbul etdiyi bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1101   Tarix: 04 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

İranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb

Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs

23 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir

Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar

21 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr