İspaniyada kimyəvi qəza: Ölkədə fövqəladə vəziyyət elan edildi
İspaniyanın Kataloniya əyalətinin beş bölgəsində fövqəladə vəziyyət elan edilib. Buna səbəb hovuzlar üçün nəzərdə tutulan 70 ton xlorun saxlandığı anbarda baş verən yanğın olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "İnfobae" nəşri yazıb.
Məlumata görə, yanğın Kataloniyada yerləşən "Clim Waterpool" anbarında yerli vaxtla saat 02:20-də (Bakı vaxtı ilə 04:20 - red.) baş verib.
Barselonanın Vilanova-i-la-Jeltru, San-Pere-de-Ribes və Kubelyes, həmçinin Tarraqonadakı Kunita və Kalafel şəhərlərinin sakinlərinə küçəyə çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq və kondisionerdən istifadə etməklə bağlı çağırış edilib. İnsident nəticəsində xəsarət alanlar barədə məlumat verilmir, lakin Kataloniyaya bir neçə əlavə təcili yardım briqadası gəlib. Fövqəladə hallar xidmətlərinin işini asanlaşdırmaq üçün yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Kataloniya yanğınsöndürmə xidmətinin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.
"Biz yanğının qonşu anbarlara yayılmasının qarşısını aldıq. Tapşırıqlardan biri də yanğın nəticəsində əmələ gələn şleyfə nəzarət etmək, onun inkişafını və toksiklik səviyyəsini izləməkdir", - deyə yanğınsöndürənlər bildiriblər.
Yanğınsöndürmə ilə mübarizəyə 60 yanğınsöndürən və 20 xüsusi briqada, o cümlədən texnoloji və əməliyyat riskləri ilə işləyən qrup və kimyəvi kəşfiyyat təcili xilasetmə maşını cəlb edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 529 Tarix: 10 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərzurumda gənclərin çəkdiyi bu video gündəm oldu - VİDEO
Ərzurumda Ülkü Ocaqları üzvü olduğu bildirilən bir qrup millətçi gəncin fakültədə çəkdiyi video sosial mediada geniş müzakirələrə səbəb olub. türk mediasına istinadən xəbər verir ki, gənclərin qrup halında gəzdiyi görüntülər "Bizim olduğumuz yerdə kölgələr belə sıraya düzülər" şərhi ilə paylaşılıb
9 dekabrYaponiya Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib
Yaponiya Tayvan məsələsi ilə bağlı Çinlə yaranmış gərginlik fonunda ABŞ-dən açıq dəstək istəyib. "Report" xəbər verir ki, bunu "Financial Times" qəzeti mənbələrə istinadən yazıb. Məqalədə qeyd olunur ki, Yaponiyanın ABŞ-dəki səfiri Siqeo Yamada Donald Tramp administrasiyasından Tokioy
7 dekabrPutin: "ABŞ Ukraynada sülh planının dörd paketə ayrılmasını istəyir"
"ABŞ-nin daha əvvəl hazırladığı 28 bəndlik sülh planı aktualdır və bu istiqamətdə müzakirələr davam edir". xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "İndia Today" telekanalına müsahibəsində deyib. Vladimir Putin bildirib ki, Vaşinqton 28 bəndlik sülh planını dörd əsa
7 dekabrMerts: İsrail İordan çayının Qərb sahilinin ilhaqından imtina etməlidir
Almaniya Kansleri Fridrix Merts İsraili İordan çayının Qərb sahilinin ilhaqına yönələn hər hansı addımlardan, o cümlədən orada yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırıb. "Report"un məlumatına görə, onun İordaniyaya səfəri zamanı səsləndirdiyi fikirləri Almaniya hökumətini
7 dekabrİndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 900 nəfəri keçib
İndoneziyanın Sumatra adasında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 900 nəfəri keçib. "Report" xəbər verir ki, bu barədə "Reuters" rəsmi mənbələrə istinadən məlumat yayıb. Bundan əvvəl 846 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, Sumatranın üç əyalətində siklonu
7 dekabr"Ərdoğanla problemləri yarananda mənə müraciət edirlər" - Tramp
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışmaq istəyərkən NATO ölkələri yardım üçün ABŞ lideri Donald Trampa müraciət edirlər. xəbər verir ki, D.Tramp "Politico"ya müsahibəsində belə deyib. ABŞ rəhbəri qeyd edib ki, alyans ölkələrinin Türkiyə lideri ilə problemləri yarananda ondan R.T.Ərdoğanl
9 dekabr