Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək

Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcəkHazırkı vəziyyətə görə, Qeyts sərvətinin 99%-ni versə belə, yenə milyarder olaraq qalacaq. Microsoft-un qurucusu və bir zamanlar dünyanın ən varlı adamı olan Bill Qeyts elan edib ki, sərvətinin "demək olar ki, hamısını" öz fondunun vasitəsilə paylayacaq. Fond isə 31 dekabr 2045-ci ildə fəaliyyətini dayandıracaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts bildirib ki, fond növbəti 20 il ərzində 200 milyard dollardan çox vəsait xərcləyəcək. Forbes onun sərvətini 112 milyard dollardan çox qiymətləndirir. Əvvəlcə plan bu idi ki, fond Qeyts və o zamankı həyat yoldaşının ölümündən bir neçə onillik sonra bağlanacaqdı. Lakin Qeyts indi hesab edir ki, "daha qısa müddətlər" də mümkündür. BBC-yə müsahibəsində bu qərarın səbəbi soruşulanda Qeyts belə cavab verib: gələcək 20 ildə dünyada başqa varlı insanlar olacaq və onlar insanlara necə yardım etməyin yollarını daha yaxşı anlayacaqlar.

"Burada məsələ təciliyyətlə bağlıdır. Biz çox daha çox pul xərcləyə bilərik, əgər əbədi yaşamaq niyyətində deyilsənsə. Mən də bilirəm ki, bu xərclər mənim dəyərlərimə uyğundur".

Qeyts bildirib ki, pullar üç əsas istiqamət üzrə ayrılacaq:

Uşaq və ana sağlamlığının möhkəmləndirilməsi

Yoluxucu xəstəliklərlə mübarizə

Yoxsulluğun aradan qaldırılması

"Dünyanın ən varlı ölkələrinin öz ən kasıb vətəndaşlarını qorumağa davam edib-etməyəcəyi bəlli deyil. Amma yeganə zəmanət verə biləcəyimiz şey odur ki, Qeyts Fondu insanlara və ölkələrə yoxsulluqdan çıxmaqda yardım edən təşəbbüsləri dəstəkləyəcək". Hazırda belə bir vəziyyət var ki, Qeyts sərvətinin 99%-ni versə belə, yenə milyarder olaraq qalacaq. O, sərvətinin hazırda 108 milyard dollar olduğunu bildirib.

Qeyts Fondu 25 il əvvəl Bill Qeyts və onun o zamankı həyat yoldaşı Melinda Franç Qeyts tərəfindən yaradılıb. Fond milyardlarla dolları xeyriyyə məqsədləri üçün ayırıb və dünyanın ictimai səhiyyəsinin yaxşılaşdırılmasına böyük töhfə verib. Fəaliyyəti dövründə fond artıq 100 milyard dollar vəsait xərcləyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 823   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib

Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə

21 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb

Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v

22 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr