Merts Rusiya – Ukrayna münaqişəsinin başa çatması ehtimalından danışıb
Almaniya kansleri Fridrix Merts hazırda Rusiya – Ukrayna münaqişəsinin başa çatması üçün "kiçik bir ehtimal"ın olduğunu hesab edir.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.
Hökumət başçısı münaqişənin dayanmalı olduğunu vurğulayıb. "İnanıram ki, indi, kiçik də olsa, bir ehtimal var", – Merts söyləyib.
O, Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyinə təminat verib: "Ukrayna bundan sonra da Berlinin dəstəyinə güvənə bilər. Ukrayna ordusunun gücləndirilməsi Avropa müttəfiqləri və "Ramştayn" formatı üçün əsas prioritetdir. Almaniya Ukraynaya təkcə maliyyə dəstəyi verməyəcək, həm də sülh prosesinə fəal şəkildə töhfə verəcək. Mənə, bizə, Avropaya, Almaniyaya güvənə bilərsiniz. Almaniya sizi maliyyə cəhətdən dəstəkləməyə davam edəcək. Biz Ukraynaya danışıqlar prosesində atəşkəs və sülh əldə etmək üçün kömək edəcəyik" - o, əlavə edib.
Xatırladaq ki, daha əvvəl kansler, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya və Polşanın baş nazirləri Kir Starmer və Donald Tuskun mayın 10-da Avropa ölkələrinin yaxın vaxtlarda Amerikanınkına bənzər atəşkəs təşəbbüsü ilə çıxış etmək niyyətində olduqları barədə məlumatlar fonunda Kiyevə gəliblər. Onlar Ukrayna lideri Volodimir Zelenski ilə görüşüblər və bu görüşdə Ukraynada cari vəziyyəti müzakirə ediblər.
ZDF telekanalına müsahibəsində Merts qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevdəki görüş barədə dərhal məlumatlandırılıb. Kansler, Ukraynada müharibəni dayandırmağa kömək edəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı imkanını yenidən istisna etməyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1043 Tarix: 11 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrBu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21 sentyabr