Tramp bütün ölkələr üçün 10% tarifi saxlamaq niyyətindədir

Tramp bütün ölkələr üçün 10% tarifi saxlamaq niyyətindədirABŞ prezidenti Donald Tramp ticarət danışıqlarının nəticəsindən asılı olmayaraq, bütün ölkələr üçün 10%-lik idxal tariflərini qüvvədə saxlamaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə məlumat verib.

"Prezident yalnız Böyük Britaniya üçün deyil, digər ölkələrlə ticarət danışıqları üçün də 10%-lik əsas tarifə sadiqdir", – deyə Livitt ABŞ-nin digər ölkələrlə ticarət danışıqları başa çatdıqdan sonra da universal 10%-lik idxal tariflərinin qüvvədə qalacağı ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, tariflər mümkün ticarət sazişlərindən sonra da qüvvədə qalacaq. "Prezident 10%-lik əsas tarifi saxlamaqda qərarlıdır. Mən indicə onunla bu barədə danışdım", – deyə mətbuat katibi əlavə edib.

Cümə axşamı ABŞ və Böyük Britaniya yeni ticarət sazişi imzalayıb. Bu, ABŞ administrasiyasının apardığı bir sıra ticarət danışıqları çərçivəsində ilk razılaşma olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1004   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı

Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"

21 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr