Gecəyarı Putin xüsusi BƏYANAT VERDİ: "Türkiyə, Ərdoğan..."

Gecəyarı Putin xüsusi BƏYANAT VERDİ: "Türkiyə, Ərdoğan..."Rusiya prezidenti Vladimir Putin gecə media qarşısına çıxıb və xüsusi bəyanatla çıxış edib.

Musavat.com Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin paradla bağlı fikirlərini dedikdən sonra Ukrayna mövzusunda xüsusi bəyanat verib.

Rusiyanın idarə edildiyi Kremli tikən azərbaycanlı kimdir? -Başı bədənindən ayrılan memarın həyatı+VİDEO

Rusiya prezidenti deyib ki, paradda iştirak edən dövlət rəsmiləri ilə görüşlərdə Ukrayna münaqişəsinin həlli məsələsinə də toxunulub. "Biz bütün qonaqlarımıza, dostlarımıza bu münaqişəyə son qoyulması üçün göstərdikləri səylərə görə minnətdarıq. Bu baxımdan bu mövzunun üzərində ayrıca dayanmağı zəruri hesab edirəm. Məlum olduğu kimi, Rusiya əvvəllər dəfələrlə atəşkəsin dayandırılması ilə bağlı təşəbbüslər irəli sürüb, lakin bu təşəbbüslər Ukrayna tərəfindən dəfələrlə sabotaj edilib ", deyə Putin bildirib. O vurğulayıb ki, ABŞ prezidentinin səyləri nəticəsində elan edilmiş 30 günlük enerji obyektlərinə hücumlara moratoriumun qoyulmasına Kiyev əməl etməyib: "Rusiyanın təşəbbüsü ilə Pasxa atəşkəsi də Ukrayna qüvvələri tərəfindən təxminən 5 min dəfə pozulub. Buna baxmayaraq, Qələbə günü münasibəti ilə üçüncü dəfə atəşkəs elan etdik. Eyni zamanda, biz Qərbdəki həmkarlarımıza Qələbə günündə atəşkəslə bağlı səmimi şəkildə çatdırdıq ki, biz gələcəkdə bu atəşkəsin müddətinin uzadılması imkanını istisna etmirik. Və biz nə görürük? Kiyev hakimiyyəti atəşkəs təklifimizə israrla cavab vermədi. Üstəlik, bizim təklifimizi elan etdikdən sonra – bu mayın 5-də olmuşdu – Kiyev mayın 6-dan 7-dək irimiqyaslı hücumlara başladı. Zərbədə 524 pilotsuz uçuş aparatı və bir sıra Qərb istehsalı olan raketlər iştirak etdi, 45 pilotsuz qayıqlardan da Qara dənizdə hücum üçün istifadə edildi. Əslində, atəşkəsin elan olunduğu bu üç gün ərzində - 8, 9 və 10-da Kursk vilayətinə beş məqsədyönlü hücum cəhdi edilib. Bundan başqa, digər istiqamətlərdə daha 36 hücum təşkil edilib. Bütün bu hücumlar, o cümlədən Kursk və Belqorod vilayətlərində Rusiya Federasiyası ərazisinə soxulmaq cəhdləri dəf edilib. Üstəlik, hərbi ekspertlərimiz hesab edir ki, onların heç bir hərbi əhəmiyyəti olmayıb, sırf siyasi motivlərlə həyata keçirilib və düşmən çox böyük itki verib".

Putin deyib ki, Kiyev hakimiyyəti nəinki atəşkəs təklifimizi rədd edib, həm də Moskvada bayram mərasimlərinə toplaşan dövlətlərin rəhbərlərini belə qorxutmağa çalışıb: "Bir daha təkrar edirəm: biz dəfələrlə atəşkəs üçün addımlar təklif etmişik. Biz heç vaxt Ukrayna tərəfi ilə dialoqdan imtina etməmişik. Bir daha xatırladıram: 2022-ci ildə danışıqlardan imtina edən biz yox, Ukrayna tərəfi idi. Bununla əlaqədar, hər şeyə baxmayaraq, biz Kiyev hakimiyyətinə 2022-ci ilin sonunda birbaşa danışıqları bərpa etməyi təklif etdik. Üstəlik, heç bir ilkin şərt olmadan".

Putin daha sonra deyib: "Biz gecikmədən mayın 15-də daha əvvəl keçirildiyi İstanbulda danışqları başlamağı təklif edirik. Məlum olduğu kimi, türkiyəli həmkarlar bu cür danışıqların təşkili üçün dəfələrlə təklif ediblər və onların təşkili üçün Türkiyə prezidenti Ərdoğan çox iş görüb. Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlanıb və o, Kiyev danışıqlar qrupunun rəhbəri tərəfindən paraflanıb, lakin Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb".

Rusiya prezidenti deyib ki, mayın 11-də Ərdoğanla bu mövzuda danışıqlar aparacaq: "Mən ondan xahiş edərdim ki, Türkiyədə danışıqlar aparmaq üçün belə bir imkan yaratsın. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışına töhfə vermək istəyini təsdiq edəcək.

Biz Ukrayna ilə ciddi danışıqlara sadiqik. Biz istisna etmirik ki, bu danışıqlar zamanı bəzi yeni barışıqlar, yeni atəşkəs haqqında razılığa gəlmək mümkün olacaq. Üstəlik, təkcə Rusiyanın deyil, Ukrayna tərəfinin də əməl edəcəyi real atəşkəs, təkrar edirəm, uzunmüddətli, davamlı sülhə doğru ilk addım olardı.

Bizim təklifimiz, necə deyərlər, masanın üstündədir. Qərar indi öz xalqının mənafeyindən çox, öz şəxsi siyasi ambisiyalarını rəhbər tutaraq, Ukrayna millətçilərinin əli ilə Rusiya ilə müharibəni davam etdirmək istəyən Ukrayna hakimiyyəti və onların kuratorlarınındır. Yenə də deyirəm: Rusiya heç bir ilkin şərt olmadan danışıqlara hazırdır. Hazırda hərbi əməliyyatlar gedir, müharibə gedir və biz danışıqları bərpa etməyi təklif edirik. Həqiqətən sülh istəyənlər bunu dəstəkləməyə bilməz. Eyni zamanda, xarici tərəfdaşlarımız, yəni Çin, Braziliya, Afrika, Yaxın Şərq ölkələri və ən son Amerika Birləşmiş Ştatlarının yeni administrasiyası tərəfindən həyata keçirilən Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş vasitəçilik xidmətlərinə və səylərinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1284   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Ukrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib

Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah

20 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

Adanada 5,0 bal gücündə zəlzələ baş verib

Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi

21 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

Bu ölkədə niqab qadağan edilir

İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun

21 sentyabr