KİV: Tokio tammiqyaslı elektromaqnit topun prototipini sınaqdan keçirməyi planlaşdırır

KİV: Tokio tammiqyaslı elektromaqnit topun prototipini sınaqdan keçirməyi planlaşdırırYaponiya Müdafiə Nazirliyi yaxın zamanda hipersəs döyüş bloklarını effektiv şəkildə vura biləcəyi iddia edilən tammiqyaslı elektromaqnit relsli topun prototipinin sınaqlarını keçirməyi planlaşdırır.

"Report" "Yomiuri" qəzetinə istinadən xəbər verir ki, bu silahla "Aegis" çoxməqsədli izləmə və hədəfləmə sistemləri olan gəmilərin təchiz edilməsi nəzərdə tutulur.

Relsli top (railgun) partlayıcı maddə olmadan mərmini iki metal istiqamətləndirici boyunca böyük sürətlə qovduran elektromaqnit sürətləndiricidir. Qəzetin iddiasına görə, belə silah uzaq mənzil və dəqiqliyə malikdir, hipersəs də daxil olmaqla istənilən hava hədəflərini vurmaq üçün istifadə edilə bilər.

Relsli topun hazırlanmasına Yaponiyada 2016-cı ildə başlanılıb, 2023-cü ildə gəmiyə quraşdırılmış kiçildilmiş prototipi sınaqdan keçirilib. İndi təxminən 6 m uzunluğunda və təxminən 8 ton çəkidə olan qurğunun sınaqdan keçirilməsi planlaşdırılır. "Yomiuri"nin məlumatına görə, belə silahın hazırlanmasında Tokio Fransa və Almaniyanın hərbi qurumları və tədqiqat orqanları ilə əməkdaşlıq edir, ABŞ materiallarından istifadə edir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2267   Tarix: 11 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr
.

İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər

İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində

20 sentyabr
.

Dünya xəritəsində yeni okean yarana bilər - Afrikanın parçalanması sürətlənib

Geoloqlara çoxdan məlumdur ki, Afrika gec-tez iki hissəyə parçalanacaq. Lakin ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları indi bu prosesin əvvəl düşünüləndən xeyli irəlilədiyi qənaətinə gəliblər. Aktiv rift zonası "kritik" nöqtəyə çatıb və yaxın gələcəkdə parçalanma baş verə bilər. Bu ba

21 sentyabr
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

20 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Hələ də çap maşınında yazır

Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c

23 sentyabr
.

Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq

İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy

22 sentyabr