Ukrayna Rusiya ilə hansı şərtlə razıdır?
Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq illərdir ki, həm regionda, həm də bütün dünyada ciddi narahatlıq doğurur. Münaqişənin yaratdığı humanitar və siyasi böhran hər iki ölkəni, eləcə də beynəlxalq ictimaiyyəti çıxış yolları axtarmağa vadar edir. Son zamanlar tərəflər arasında diplomatik masaya dönmək ehtimalı bir qədər də güclənib.
Milli.Az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Moskva ilə Kiyev arasında danışıqların gecikdirilmədən mayın 15-də İstanbul şəhərində keçirilməsini təklif edib.
Kreml rəhbəri bu təşəbbüsünü paytaxt Moskvada təşkil olunan mətbuat brifinqi zamanı bəyan edib.
"Biz təklif edirik ki, müzakirələr dərhal - gələn cümə axşamı, yəni mayın 15-də, əvvəllər də baş tutmuş İstanbulda başlasın. Danışıqlar məhz orada yarımçıq qalmışdı. Türkiyə tərəfi də bu məsələdə dəfələrlə vasitəçi olmağa hazır olduğunu bəyan edib və Prezident Rəcəb Tayyib Ərdoğanın bu prosesin bərpası üçün ciddi səyləri olub", - deyə Putin bildirib.
O, danışıqlar üçün şərait yaradılması məqsədilə türkiyəli həmkarına rəsmi müraciət edəcəyini də vurğulayıb.
Ukrayna da dialoqa hazır olduğunu bəyan edib. Bununla belə, Kiyev tərəfi bu prosesin başlaması üçün ilkin şərt irəli sürüb - Moskva mayın 12-dən etibarən atəşkəs elan etməlidir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya liderinin İstanbulda birbaşa danışıqlarla bağlı səsləndirdiyi təklifə cavab olaraq, özünün "Telegram" kanalında açıqlama yayıb.
Zelenski rus tərəfinin sülh barədə düşünməsini "ümidverici bir jest" kimi dəyərləndirib. O əlavə edib ki, istənilən silahlı qarşıdurmaya son qoyulmasının ilkin və zəruri şərti atəşkəsin təmin olunmasıdır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1120 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şahzadə Harri İngiltərədə - Saraya buraxılmadı
ABŞ-da həyat yoldaşı və övladları ilə birlikdə yaşayan Şahzadə Harri "Invictus Oyunları"nda iştirak etmək üçün bir həftəlik səfərlə Böyük Britaniyaya gəlib. Səfərinin ilk günündə onun yerləşməsi ilə bağlı problem yaşanıb. Qaynarinfo xəbər verir ki, Sasseks hersoqunun sözçüsü bildirib ki, Harriy
9 iyulEstoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulYer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyulKosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
8 iyulBritaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v
5 iyul