Mayda evlənənlər boşanır? - Ənənənin altından görün nə çıxdı...
Cəmiyyətimizdə may ayında toy etməyin uğursuz sayılması uzun illərdən bəri var. Bir çox insan bu ayda ailə qurmağı məqsədəuyğun hesab etmir. Bu fikir bəzən o qədər güclü təsir edir ki, insanlar bu səbəbdən həyatlarının ən önəmli günlərini təxirə salmaqdan belə çəkinmirlər.
Mövzu ilə bağlı Ölkə.az-a danışan astroloq Səbuhi Rəhimli bildirib ki, əslində, astroloji baxımdan hansısa ayın toy üçün uğursuz, ya uğurlu olması məsələsi yoxdur.
Onun sözlərinə görə, ailələrin artması baxımından toy yaxşı bir şeydir:
"Mən bu barədə araşdırma yazı da yazmışdım. Həkimlərdən də soruşdum. Bəziləri dedi "bir az allergik dövrdür", amma bunun ailə qurmaqla bir əlaqəsi yoxdur. Astroloji cəhətdən də may ayı baharın ən gözəl aydır. Xüsusən də oktyabr və may ayı Veneranın sevgi, gözəllik, izdivac planetinin himayəsi altındadır.
Bəs bunun kökü haradan gəlir? Folklorumuzda, etnoqrafik əsərlərdə belə bir şeyə rast gəlinməyib ki, may ayında toy olmaz. "May ayı, vay ayı" deyirlər. Nəyə görə? Filankəs may ayında evləndi, boşandı. Guya ayrı aylarda evlənənlər də boşanan olmur? Bu, absurd bir şeydir.
O vaxt Bakıda sovet dönəmində vəzifəli ermənilər çox idi. Onlar təşkilati işləri çox yaxşı bacarırdılar və aprelin 24-də soyqırımı gününü 40 gün matəm kimi qeyd edirdilər. O da may ayını bütövlükdə əhatə edirdi. Ona görə onların təbliğatı vasitələri ilə bunu təlqin eləmişdilər. Bu mövzuda saatlarla efirlərdə danışmışam. Elə bundan sonra şadlıq saraylarından zənglər gəlirdi və deyirdilər "Çox sağ olun, sizin dediklərinizdən sonra artıq may ayında əvvəllər 4-5 toy olurdu, indi isə xeyli artıb".
Artıq o ənənə yoxdur, ümumiyyətlə unutdurmaq lazımdır. Heç bir əsası yoxdur. Fikrimcə, artıq bu ənənə yox olmaq üzrədir".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1344 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrAyağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın
Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy
11 oktyabr