18 aylığında meyvə-tərəvəzdən imtina edən britaniyalı iş tapmaq üçün hipnoterapiyaya pul yığır

18 aylığında meyvə-tərəvəzdən imtina edən britaniyalı iş tapmaq üçün hipnoterapiyaya pul yığırBöyük Britaniyada qidalanma pozğunluğundan (ARFID) əziyyət çəkən 35 yaşlı Tomas Şeridan meyvə, tərəvəz, yumurta və ya ət yemək düşüncəsinin belə ona ürəkbulanma hissi yaratdığını bildirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Oddity Central" nəşri yazıb.

Tomas uşaqlıqdan yalnız ağ çörək, quru səhər yeməkləri və şirniyyat yeyir. Bu isə onun sağlamlığına və iş qabiliyyətinə ciddi təsir göstərir.

Məlumata görə, Tomasın gündəlik rasionu çox məhduddur: adətən, iki ağ çörək, üç kasa quru səhər yeməyi və bol jele konfetlərindən ibarət olur. Bu məhdud qidalanma səbəbindən, o, zülal və vitamin əlavələri qəbul etməli olur.

Bir neçə il əvvəl işsiz olduğu zaman britaniyalıya qidalanma pozğunluğu diaqnozu qoyulub. Bu pozğunluq ona müəyyən qidaları yeməkdə maneə yaradır. Müalicənin bir neçə cəhdinə baxmayaraq, Tomasın gündəlik rasionu hələ də çox məhdud olaraq qalır.

"Bir dəfə yumurta və kolbasadan ibarət sendviç hazırlamağa çalışdım, amma ürəyim bulandı", - deyə Şeridan qeyd edib.

Tomasın valideynləri isə bildiriblər ki, oğulları 18 aylıq olarkən, müəyyən qidalardan imtina etməyə başlayıb. Bir gün körpə, sadəcə, "ağzını yumub" və onu meyvə-tərəvəzlə qidalandırmağa cəhdlər uğursuz olub. Məktəbdə isə Tomas nahar üçün evə tost yeməyə getməyə icazə verilib, çünki yeməkxanada yemək yeməkdə çətinlik çəkib.

Yetkinlik dövründə müəyyən qidalara qarşı ikrah hissi Tomasın həyatını çətinləşdirib və iş tapmaqda ciddi əngəllər yaradıb. "Axırıncı dəfə 10 gün işlədiyim zaman 9,5 kq arıqlamışdım", - deyə Tomas qeyd edib.

Hazırda Tomas Şeridan hipnoterapiya üçün 8 000 dollar toplamağa çalışır, baxmayaraq ki, bunun onun sağalmasına kömək edəcəyinə dair heç bir zəmanət yoxdur.

Mütəxəssislərin sözlərinə görə, ARFID (Avoidant/Restrictive Food Intake Disorder) qidalanma pozğunluğu olan insanlar müəyyən qidalara qarşı güclü qorxu hissi yaşaya bilərlər. Bu vəziyyət ciddi qida çatışmazlığına, çəki itkisinə və sosial izolyasiyaya səbəb ola bilər.

Müalicə adətən koqnitiv-davranış terapiyasını, bəzi hallarda isə narahatlıq pozğunluqları üçün medikamentoz müalicəni əhatə edir. Ağır hallarda isə xəstəxanaya yerləşdirilmə tələb oluna bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1217   Tarix: 13 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr