Ulduzların "sirri" Trampa təsir etmədi: "Heç olmasa dostumun ürəyi rahat olur"

Ulduzların "sirri" Trampa təsir etmədi: "Heç olmasa dostumun ürəyi rahat olur"ABŞ Prezidenti Donald Tramp ölkənin əhalisi tərəfindən arıqlamaq üçün tez-tez istifadə olunan məşhur diabet dərmanı "Ozempic" haqqında fikirlərini bildirib. O bu preparatı effektsiz adlandırıb.

Oxu.Az-ın verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, onun artıq çəkidən əziyyət çəkən dostlarından biri bu dərmanı Londonda alıb.

"Mən ona köklər üçün iynə deyirəm. Düzünü desəm, bu dərmanın işlədiyinə inanmıram, amma heç olmasa dostumun ürəyi bir az rahat olur", - deyə dövlət başçısı vurğulayıb.

Ağ Evin rəhbəri onu da bildirib ki, həmin dostunun adını açıqlamamağa söz verib, çünki dostu ictimaiyyətə ifşa olunmaqdan qorxur. Lakin o da əlavə edib ki, Londonda bu dərman ABŞ-dən 15 dəfə ucuz başa gəlir.

Xatırladaq ki, "Ozempic" ikinci tip şəkərli diabet xəstələri üçün qlükoza səviyyəsini normallaşdırmağa kömək edən dərmandır. Bu vasitə təbii GLP-1 hormonunun təsirini gücləndirir və iki əsas mexanizmi işə salır: beyinin aclıq mərkəzinə təsir edərək iştahanı azaldır və mədənin boşalmasını yavaşladaraq toxluq hissini uzadır - bütün bu təsirlər birgə olaraq insanın zəhmətsiz şəkildə arıqlamasına imkan yaradır. Məhz bu xüsusiyyətinə görə "Ozempic" Hollivud ulduzları və digər məşhurlar arasında son dərəcə populyarlaşıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 673   Tarix: 14 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yay istisində otağı sərin saxlamağın ən asan üsulu

Yay günlərində otaqdakı temperatur gecə saatlarında belə narahatlıq yarada bilər. Hər kəsin kondisioner quraşdırmaq imkanı olmur. Buna görə də sadə, əlçatan və enerjiyə qənaət edən üsullar ön plana çıxır. bu üsulu təqdim edir:. Kondisionersiz otağı necə sərinləşdirmək olar?. Ən effektiv üsullardan bir

8 iyun
.

Dünyanın ən soyuq 5 yeri: - 272 dərəcə

Kainatda temperaturun çata biləcəyi ən aşağı hədd mütləq sıfır hesab olunur. Bu göstərici -273,15 dərəcə selsiyə bərabərdir və nəzəri olaraq maddənin hissəciklərinin maksimum dərəcədə hərəkətsiz olduğu vəziyyəti ifadə edir. Alimlər uzun illərdir bu sərhədə yaxın şəraitləri araşdırır və müəyyən ediblə

8 iyun
.

Günəşdə güclü partlayışlar gözlənilir

Günəşdə iyunun 8-9-da sondan əvvəlki güc sinfinə məxsus partlayışlar ola bilər. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "8 və 9 iyun tarixlərində Günəşdə partlayış aktivliyi əsasən aşağıdır, M sinifli partlayışlar gözlənilir",

8 iyun
.

Əfsanəvi boksçuya göyərçin sürprizi - VİDEO

Dünya şöhrətli boksçu Mike Tayson aldığı qeyri-adi hədiyyə ilə yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, türkiyəli azarkeşlərindən biri əfsanəvi idmançıya göyərçin hədiyyə edib. Taysonun hədiyyəni qəbul edərkən yaşadığı sevinc və xoşbəxtlik diqqət çəkib. Məlum olduğu kimi, Mik

10 iyun
.

Bu bitkiləri yataq otağına qoyun - Rahat yuxu, təmiz hava

Bir çox insan yataq otağını yalnız rahatlıq yaratmaq məqsədilə otaq bitkiləri ilə bəzəyir və onların faydalarından xəbərsiz olur. Evdəki bəzi yaşıl bitkilər yalnız interyeri gözəlləşdirmir, həm də havanı zərərli maddələrdən təmizləyir, rütubət səviyyəsini artırır və tam istirahət üçün əlverişli atmosfe

7 iyun
.

Bədənlərinə ay-ulduz döyməsi etdirdilər, səbəbi şok edir

İngiltərənin "Hull City" klubunun bəzi azarkeşləri komandanın Premyer Liqaya yüksəlməsini qeyri-adi şəkildə qeyd ediblər. xarici mediaya istinadla xəbər verir ki, Türkiyənin Antalya şəhərində keçirilən bayram tədbirləri zamanı azarkeşlər bədənlərinə ay-ulduz döyməsi etdiriblər. Premyer Liqay

10 iyun
.

Çin kosmos yarışında yeni mərhələyə keçir - FOTO

Çin 2030-cu illərin ortalarınadək Tsinxay əyalətində, hazırda Yer kürəsinin ən güclü optik teleskoplarından birinin tikildiyi Sayşiten dağının zirvəsində dünyanın ən böyük astronomiya mərkəzini yaratmağı planlaşdırır. bu barədə "South China Morning Post" (SCMP) nəşrinə istinadən xəbər verir

8 iyun
.

İnsan ömrünü hansı məşqlərlə uzatmaq olar?

Harvard alimləri Braziliya, Çili və Cənubi Koreyadan olan həmkarları ilə birlikdə ömrü uzadan fiziki məşq növünü açıqlayıblar. xəbər verir ki, bu barədə "Vietnam.vn" məlumat yayıb. Alimlər müəyyən ediblər ki, 30 illik genişmiqyaslı tədqiqatın nəticələrinə görə, həyatı uzatmaq üçün ən yaxş

10 iyun
.

Futbola baxanlar gözlərinə inanmadı: Bir tərəfdə leysan, digər tərəfdə günəş - VİDEO

Bir futbol matçı zamanı yaşanan qeyri-adi hava hadisəsi həm futbolçuları, həm də azarkeşləri təəccübləndirib. Qarşılaşma davam edərkən meydanın bir hissəsində günəşli hava hökm sürsə də, digər hissəsində leysan yağış yağıb. xarici mediaya istinadla xəbər verir ki, maraqlı hadisə nəticəsində futbolçula

8 iyun