Ailə büdcəsini necə hazırlamaq olar? – 6 qızıl qayda

Ailə büdcəsini necə hazırlamaq olar? – 6 qızıl qaydaBazar iqtisadiyyatı şəraitində ailələrin maliyyə sabitliyi üçün planlı şəkildə hərəkət etməsi vacibdir. Gündəlik xərclərin artması, qəfil çıxan öhdəliklər və gəlirlə xərclər arasında yaranan tarazsızlıq bir çox ailəni çətin vəziyyətə salır. Belə halların qarşısını almağın və gələcəyi daha rahat planlamağın ən səmərəli yolu düzgün tərtib edilmiş ailə büdcəsidir. Bəs ailə büdcəsi necə hazırlanmalıdır? Gəlirləri və xərcləri necə planlamalı, necə qənaət etməliyik?

Sonxeber.az Valyuta.az-a istinadən ailə büdcəsini hazırlamaqda yardım olacaq planlamanı təqdim edir:

İlk olaraq aylıq gəlirlərinizi dəqiq müəyyən edin. Çünki büdcə hazırlamaq üçün ilk addım real gəliri hesablamaqdır. Daha sonra isə xərclərinizi qruplaşdırın və yazın. Bütün xərcləri iki əsas kateqoriyaya bölün. Kirayə, ipoteka, kommunal ödənişlər, uşağın məktəb xərcləri kimi sabit xərclər və Dəyişkən xərclər (aydan aya dəyişir): Market alış-verişi, yol xərcləri, əyləncə və restoran, tibbi və qəfil xərclər kimi dəyişkən xərclərinizi müəyyənləşdirin. Bunun üçün son 3 ayın xərclərinə baxaraq ortalama rəqəmləri hesablayın.

Özünüz üçün maliyyə məqsədləri müəyyən edin

Borcları ödəmək, tətil, maşın, mənzil üçün pul yığmaq kimi məqsədlər qoyun özünüzə. Çünki bu məqsədləriniz büdcə planlamasında prioritetləri təyin etməyə kömək edəcək.

Gəlir və xərcləri müqayisə edin

Əgər xərcləriniz gəlirinizdən çoxdursa, qənaət edə biləcəyiniz sahələri tapın. Bundan başqa, artıq gəliriniz varsa, qənaət və ya investisiya məqsədi ilə yönləndirin. Həmişə bu qızıl qaydaya əməl edin.

Gəlirinizin ən azı 10%-ni qənaət edin

Büdcənizi müəyyən etmək üçün gəlirinizi və xərclərinizi mütləq qeyd edin. Gəlirlərinizi və xərclərinizi bir dəftər tutub yaza, telefonunuzda, kopüterinizdə qeyd edə bilərsiniz. Rəqəmsal vasitələr statistika və qrafiklərlə xərcləri izləməyi asanlaşdırır.

Büdcənin məsuliyyətini ailə üzvləri ilə paylaşın

Büdcə yalnız bir nəfərin deyil, bütün ailənin məsuliyyətidir. Ailə üzvlərinin iştirakı daha real nəticələr verir. Uşaqlara sadə qənaət anlayışını öyrətmək, ər-arvadın xərclərdə şəffaf olması kimi məsələlərə diqqət edin. Ailə büdcəsi yaratmaq sadəcə xərcləri qeyd etmək deyil, maliyyə azadlığına doğru atılan ağıllı addımdır. Ailə büdcəsi formalaşdırmağa nə qədər tez başlayarsınızsa, bir o qədər stresssiz və planlı yaşamaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1112   Tarix: 15 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr