Riyaziyyatın sərhədləri aşılır: 200 illik problem nəhayət həll olunurmu?

Riyaziyyatın sərhədləri aşılır: 200 illik problem nəhayət həll olunurmu?200 ildir həll edilə bilməyən beşinci dərəcəli polinom tənlikləri üçün yeni bir həll üsulu hazırlanıb. Riyaziyyatçılar bu dəfə fərqli yanaşma ilə nəticəyə yaxınlaşırlar.

Qaynarinfo xəbər verir ki, "Good Will Hunting" filmini izləyənlər xatırlayacaq: universitetin dəhlizində yazılan və heç kimin həll edə bilmədiyi riyaziyyat tənliyini yalnız təmizlikçi işləyən dahi Vil Hantinq həll edə bilir. Kino tarixində öz yerini tutan bu səhnə, illərdir həll olunması mümkünsüz görünən riyaziyyat problemlərinin güclü metaforası sayılır. Lakin bu dəfə, oxşar bir problem real həyatda alimlər tərəfindən ələ alınıb və ciddi irəliləyiş əldə olunub.

Riyaziyyatın ən qədim problemlərindən biri: beşinci dərəcə və daha yüksək polinomlar

Uzun illərdir riyaziyyatçılar ikinci, üçüncü və dördüncü dərəcədən polinom tənliklərinin həll yollarını bilirlər. Lakin beşinci dərəcə və daha yüksək tənliklər üçün ümumi keçərli bir həll formulu tapmaq mümkün olmayıb.

Bu gerçəklik 1832-ci ildə fransız riyaziyyatçı Évariste Galois tərəfindən riyazi şəkildə sübut edilib. Qalua göstərmişdi ki, beşinci dərəcədən etibarən polinomlar ənənəvi cəbr üsulları ilə həll edilə bilməz. O vaxtdan bu yana, bu sahə riyaziyyatçıların özünü sınağa çəkdiyi prestijli bir mübarizə meydanına çevrilib.

200 il sonra yeni yanaşma: Vayldberqer və Rubinənin həlli

2025-ci ildə Yeni Cənubi Uels Universitetinin fəxri professoru Norman Vayldberqer və kompüter elmləri üzrə mütəxəssis Dr. Din Rubinə bu klassik problemi fərqli baxışla ələ alaraq yeni bir metod irəli sürüblər. Bu yanaşma, irrasionallıq anlayışlarına (kökaltı, kub kökü və s.) əsaslanmaq əvəzinə, güc silsilələri və həndəsi naxışlar üzərindən təqribi həll yolları təqdim edir.

Vayldberqer irrasional ədədlərin sonsuz və təkrarlanmayan təbiətinin hesablamanı mümkünsüz hala gətirdiyini düşünür. Buna görə də hazırlanan metod, sonsuz terminli polinomlar (güc silsilələri) vasitəsilə, irrasionallığa toxunmadan nəticəyə çatmağı hədəfləyir.

Katalan ədədlərindən hiper-Katalanlara...

Bu yanaşmanın təməlində Katalan ədədləri dayanır. Katalan ədədləri, çoxbucaqlının neçə fərqli şəkildə üçbucaqlara bölünə biləcəyini göstərən xüsusi bir sıra olaraq tanınır. Bu ardıcıllığın ikinci dərəcəli polinomlarla əlaqəsi uzun zamandır bilinir.

Ancaq Vayldberqer və Rubinə bu anlayışı genişləndirərək, dörd- və beşbucaqlılar kimi daha kompleks fiqurları da daxil edən "hiper-Katalan" ədədlər seriyasını təqdim ediblər. Bu yeni ardıcıllıq, çoxbucaqlıların üz saylarına əsaslanan mərhələli silsilələr yaradaraq, polinomlar üçün özünəməxsus həndəsi naxışlar formalaşdırır.

Bu sayısal naxışlardan yola çıxaraq tədqiqatçılar "Jeot" ("The Geode") adlandırdıqları yeni bir ədədlər toplusunu da kəşf ediblər. Bu dəst, Katalan ədədlərinin arxasındakı sirli nizamın daha geniş bir təfsirini ifadə edir.

Yeni metod, klassik cəbrin köklərə əsaslanan həll prinsiplərindən uzaqlaşıb, həndəsi naxışlara və silsilə hesablamalara əsaslanan alternativ bir həll paradiqması təqdim edir. Əgər bu yanaşma daha da inkişaf etdirilərsə, cəbrin əsas anlayışlarının yenidən tərif olunmasına yol aça bilər.

"Bunun bizə nə faydası olacaq?"

Bəlkə də ən çox verilən, lakin ən az başa düşülən sual budur. Qısamüddətli perspektivdə bu inkişaf gündəlik həyatınızda dərhal nəzərəçarpacaq bir dəyişiklik yaratmaya bilər. Amma mühəndislikdən süni intellektə, 3D qrafik dizaynından kosmos tədqiqatlarına qədər bir çox sahədə bu cür tənliklər mütəmadi olaraq qarşımıza çıxır.

Məsələn, gələcəkdə oynayacağınız yeni nəsil bir video oyunu, daha realist süni intellekt tətbiqi və ya fərqli memarlıq quruluşları bu riyazi üsullarla həll edilmiş problemlərin nəticəsi ola bilər. Kosmik tədqiqatlarda, mürəkkəb hesablamalarda və ya kompüter qrafikasında bu metodların təmin etdiyi üstünlüklər zamanla həyatımıza əhəmiyyətli təsirlər göstərə bilər.

Yeni Cənubi Uels Universitetində inkişaf etdirilən bu yanaşma, riyaziyyatın təməl prinsiplərini sarsıtmadan, mümkün olmayan kimi görünən problemlərə fərqli bir pəncərə açır. Bəlkə də "Good Will Hunting" filmindəki o məşhur tənlik kimi, bu dəfə reallıqda bu cür problemlərin başqa yolla da olsa həlli mümkün olacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1465   Tarix: 16 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Haaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb

Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib

Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"

22 sentyabr