Elm adamlarından sensasion iddia: Yerlə müqayisədə 50 dəfə çox suyu olan planetlər var

Elm adamlarından sensasion iddia: Yerlə müqayisədə 50 dəfə çox suyu olan planetlər varAstronomlar Yerə yaxın məsafədə yerləşən TRAPPIST-1 ulduz sistemində maye su ilə örtülü ola biləcək planetlər aşkar ediblər. Bu, onların yaşamaq üçün əlverişli ola biləcəyini göstərir.

Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "arXiv" platformasında dərc olunub.

TRAPPIST-1 sistemi Yer kürəsindən təxminən 40 işıq ili uzaqda yerləşir. O, Günəşə bənzəməyən, daha soyuq və kiçik olan "qırmızı cırtdan" tipli ulduzu əhatə edir. Sistem 7 qaya tipli (Yerlə oxşar) planetdən ibarətdir. Onlardan 3-ü "yaşanabilinən zona"da - temperaturun maye suyun mövcudluğuna imkan verdiyi bölgədə yerləşir.

Yeni müşahidələr göstərir ki, bu planetlərin bəzilərində su buxarı və atmosferdə oksigen ola bilər. Bu isə onların vulkanik aktivlik nəticəsində daxili su ehtiyatlarını səthə çıxara bilmə ehtimalını artırır.

Alimlər Günəş sistemindəki planetlərin xüsusiyyətlərini əsas götürərək TRAPPIST-1-də yerləşən planetlər üçün qaz buraxılması və maqma hərəkəti modelləri qurublar. Nəticələr göstərib ki, bəzi hallarda bu planetlərdə qaz buraxılma sürəti Yerə nisbətən daha yüksək ola bilər.

Ən maraqlı nəticələrdən biri isə bu planetlərdəki su miqdarının Yer kürəsinə nisbətən qat-qat çox ola bilməsidir. Məsələn, Yerdə su, planetin ümumi kütləsinin cəmi 0,02%-ni təşkil edirsə, TRAPPIST-1 sistemindəki planetlərdə bu göstərici 1%-ə çata bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, bu planetlərin həqiqətən yaşama əlverişli olub-olmadığını söyləmək üçün daha çox dəqiqləşdirilmiş müşahidələrə ehtiyac var. Bəzi planetlərdə vulkanik aktivliyin zəif olduğu, bəzilərində isə quru mantiya strukturları müşahidə edilib.

Lakin ümumi nəticələr nikbindir: bu planetlər, böyük ehtimalla, maye su ilə örtülü "su dünyalarıdır".

Bu kəşf Yerə nisbətən yaxın məsafədə başqa həyat formalarının ola biləcəyi ehtimalını bir qədər də artırır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1405   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr