Erkən ağ saçlara son: Menyunuza əlavə etməli olduğunuz məhsullar

Erkən ağ saçlara son: Menyunuza əlavə etməli olduğunuz məhsullar"Saçların erkən ağarmasının qarşısını almaq üçün dəmir, sink və D vitamini ilə zəngin qidalar vacib rol oynayır".

Oxu.Az xəbər verir ki, bu barədə "Moskva 24" telekanalına rusiyalı diyetoloq və nutrisoloq İrina Pisareva danışıb.

Mütəxəssisin sözlərinə görə, saçlara rəng verən əsas piqment melanindir və onun sintezi orqanizmdə dəmirin miqdarından asılıdır.

"Dəmir çatışmazlığı erkən ağarmaya səbəb ola bilər. Dəmirin başlıca mənbəyi paxlalı bitkilərdir. Əgər allergiyanız yoxdursa, həftədə 3-4 dəfə 100-150 qram qəbul etmək tövsiyə olunur", - deyə o bildirib.

Həkimin sözlərinə görə, melanin istehsalı üçün vacib olan digər element isə misdir.

"Onun əsas mənbələri arasında balqabaq və günəbaxan tumları yer alır. Hər gün 25-30 qram bu toxumlardan istifadə etmək məsləhət görülür", - deyə o qeyd edib.

Ekspert bildirib ki, sink də melanin istehsalına təsir göstərir:

"O da paxlalılarda olur. Bundan başqa, B12 vitamini də saçların ağarmasının qarşısını alan vacib elementlərdəndir. Bu vitamini ən çox mal əti və qaraciyərdən almaq mümkündür. Həftədə 2 dəfə 200 qram qəbul edilməlidir", - deyə Pisareva əlavə edib.

Həkim, həmçinin D vitamini ilə zəngin balıqların, xüsusilə skumbriya və qızılbalığın rasionda daim yer almasını tövsiyə edib:

Mütəxəssis qeyd edib ki, qidalanma ilə yanaşı, stres səviyyəsi də saçın rənginə təsir edir.

"Kortizolun yüksək səviyyəsi saç köklərinin qidalanmasını pozur və bu da piqmentin itməsinə səbəb olur", - deyə o vurğulayıb.

Pisareva əlavə edib ki, erkən saç ağarması genetik faktorlarla da əlaqəli ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 989   Tarix: 22 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr