Dəri qocalması ilə bağlı şokedici HƏQİQƏT

Dəri qocalması ilə bağlı şokedici HƏQİQƏTDəridə görünən yaşa bağlı dəyişikliklərin 90 faizi təbii qocalmadan deyil, ultrabənövşəyi şüaların dağıdıcı təsirindən qaynaqlanır.

Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq Yelizaveta Şuxman "İzvestiya" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 40-50 yaşdan sonra baş verən təbii qocalmadan fərqli olaraq, fotoqocalma əlamətləri artıq 30 yaşlı insanlarda, xüsusən də günəş vannalarından (qaralmadan) tez-tez istifadə edənlərdə müşahidə oluna bilər.

Kosmetoloq bildirib ki, fotoqocalma mürəkkəb bioloji prosesdir. Bu zaman ultrabənövşəyi şüalar DNT hüceyrələrinə düzəlməz ziyan vurur, kollagen lifləri və elastini məhv edir, dərini elastiklikdən və təravətdən məhrum edir.

"Fotoqocalmanın mexanizmi yaxşı öyrənilib: A tipli (UVA) ultrabənövşəyi şüalar dərinin dərin qatlarına nüfuz edərək sərbəst radikalların əmələ gəlməsinə səbəb olur. Bu aqressiv molekullar oksidativ stresin zəncirvari reaksiyasını işə salır, hüceyrə membranlarını və vacib zülalları zədələyir", - deyə Yelizaveta Şuxman qeyd edib.

Mütəxəssisin sözlərinə görə, fotoqocalma vaxtından əvvəl yaranan qırışlar, hiperpiqmentasiya, "hörümçək damarlar" (genişlənmiş kapilyarların görünməsi) və aydın üz konturunun itməsində özünü göstərir. Bu dəyişikliklər ilk növbədə açıq qalan nahiyələrdə - üz, boyun, dekolte zonası və əllərdə nəzərə çarpır. Paltarla örtülü dəri isə daha uzun müddət gənc qalır.

Maraqlı faktdır ki, tünd dərili insanlarda təbii filtr olan melanin daha yüksək olduğuna görə, zərərli şüaların 50 faizini bloklayır və dəri daha yavaş qocalır. Bununla belə, heç bir dəri tipi fotoqocalmadan tam qorunmayıb.

Effektiv profilaktika üçün kompleks yanaşma vacibdir:

- SPF 30+ tərkibli günəşdən qoruyucu kremlərdən hətta buludlu havalarda belə gündəlik istifadə,
- antioksidantlardan (C və E vitaminləri, resveratrol) faydalanmaq,
- peşəkar kosmetik prosedurlar.

"Müasir günəşdən qoruyucu vasitələrdə iki növ filtr olur: fiziki (mineral - sink oksidi və ya titan dioksidi əsasında) dəridə əks etdirici baryer yaradır, kimyəvi filtrlər (avobenzon, oktokrilen) isə ultrabənövşəyi şüanı udaraq onu təhlükəsiz istiliyə çevirir", - deyə kosmetoloq izah edib.

Onun sözlərinə görə, birinci növ (fiziki) ağ iz buraxa və məsamələri bağlaya bilər, ikincisi isə həssas dəridə allergiyaya səbəb ola bilər. İdeal seçim hər iki növ qoruyucunun üstünlüklərini birləşdirən hibrid formulalardır.

Mütəxəssis xatırladır ki, ən yaxşı günəşdən qoruyucu krem belə hər iki saatdan bir, eləcə də üzdükdən sonra yenilənməlidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1028   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yumurtanı bir il dondurucuda saxlamaq olar - Vacib qaydalar

Yumurtanı dondurucuda bir ilə qədər saxlamaq mümkündür. xəbər verir ki, bunun üçün yumurta ağı və sarısı fərqli qaydada dondurulmalıdır. Mütəxəssislər qeyd edirlər ki, xüsusilə yumurta sarısı dondurulduqda onun quruluşunda dəyişiklik baş verə bilər. Buna görə saxlama üsulunun düzgün seçilməsi vacibdir

30 avqust
.

Toyda qayınana gözəlliyi ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Toy mərasimlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, videoda müğənni Dana Durdana ilə birlikdə görüntülənən qayınananın gözəlliyi və görünüşü izləyicilərin diqqətini çəkib. Sosial şəbəkə istifadəçiləri onun gənc görünüşünü müzakirə edib, görüntülər

30 avqust
.

Alimlər toxumaların bərpasını sürətləndir

Cəmi bir neçə dəqiqəlik yüksək intensivlikli məşq orqanizmdə uzunmüddətli, orta intensivlikli məşqlə müqayisədə daha güclü bərpa reaksiyasına səbəb ola bilər. Bu qənaətə Rokfeller Universitetinin və Melburn şəhərindəki tədqiqat mərkəzlərinin alimləri gəliblər. xəbər verir ki, araşdırmanın nəticələr

31 avqust
.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust
.

Əyləncə məclisində maraqlı anlar: Musiqiçi çəkiliş edənlərə xəbərdarlıq etdi - VİDEO

Türkiyədə toy və ya əyləncə məclisində çəkildiyi bildirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. Kadrlarda qadın qonaqların diqqətçəkən geyimlərlə rəqs meydançasına çıxaraq birlikdə rəqs etdiyi anlar əks olunub. xarici mediaya istinadla xəbər verir ki, əyləncə zamanı bəzi şəxslərin həmin anlar

31 avqust
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust
.

Mövsümi tükənmişliyin üç əsas ƏLAMƏTİ

Mövsümi tükənmişliyə üç əsas əlamət işarə edə bilər: səbəbsiz yaranan əsəbilik, 10-15 dəqiqədən artıq bir işə diqqəti cəmləyə bilməmək və görülən işlərdə mənasızlıq hissi. xəbər verir ki, bu barədə MİREA - Rusiya Texnologiya Universitetinin Humanitar və Sosial Elmlər kafedrasının dosenti Yelena Şpaqin

31 avqust
.

Paltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün

Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür. xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, b

30 avqust
.

Şəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST

Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B

30 avqust