Vyetnam Teleqramı bloklamağa hazırlaşır
Vyetnamın İnformasiya və Texnologiyalar Nazirliyi telekommunikasiya şirkətlərinə Telegram-a girişi məhdudlaşdırmağı əmr edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb isə messencerin cinayət işlərinin araşdırılmasında polisə kömək etməkdən imtina etməsi olub.
Mayın 21-dən etibarən rəsmi sənədə əsasən, operatorlara Telegram-ı iyunun 2-dək bloklamaq tapşırılıb. Sorğu polisin dəstəyi ilə kibertəhlükəsizlik departamenti tərəfindən göndərilib.
Vyetnam hakimiyyəti yerli Telegram kanallarının və çatlarının təxminən 68%-nin qanunu pozduğunu bildirir. Qanun pozuntularına fırıldaqçılıq, narkotik vasitələrin yayılması və ekstremist məzmunun dərci daxildir. Polisin bildirdiyinə görə, Telegram rəsmi sorğular olsa belə, istifadəçi məlumatlarını verməkdən imtina edir.
Telegram rəhbərliyi bu qərardan "təəccüb"ləndiyini bildirib. Şirkət nümayəndəsi deyib ki, onlar artıq səlahiyyətli orqanlardan bildiriş alıblar və mayın 27-də cavab veriləcək rəsmi sorğuya baxırlar.
Messenger hələlik Vyetnamda əlçatandır, lakin səlahiyyətlilər tam blokla təhdid edir. Onlar daha əvvəl sosial şəbəkələrdən, o cümlədən Facebook, TikTok və YouTube-dan dövlət üçün təhlükəli hesab etdikləri materialları yığışdırmağı tələb ediblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 501 Tarix: 24 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabr