Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Fransa hakimiyyəti Alp-Dəniz departamentində elektrik enerjisinin kütləvi kəsintisi ilə nəticələnən enerji obyektlərinin qəsdən məhv edilməsini araşdırır.
"Report" xəbər verir ki, bu barədə mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.
Bildirilir ki, Vilnev-Lubet kommunası ərazisində yüksək gərginlikli elektrik verilişi xəttinin konstruksiyasının dəmir dayaqları kəsilib, həmçinin özüldəki dörd dayaqdan üçü mişarla kəsilib.
Bu səbəbdən dirək kəskin şəkildə əyilib və nəticədə mayın 24-də səhər naqillər qoparaq 160 min evi işıqsız qoyub. Bundan əlavə, Tanneron kommunasında (Var departamenti) elektrik yarımstansiyasında yanğın əlamətləri aşkar edilib. Bu, gecə saatlarında bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Fransanın Milli Terrorla Mübarizə Prokurorluğundan jurnalistlərə bildirilib ki, onlara bu işi araşdırmaq üçün hələ təyinat verilməyib və hücum edənlərin hərəkətləri hazırda terror aktı kimi qiymətləndirilmir.
Hazırda RTE və "Enedis" enerji şirkətlərinin mütəxəssisləri elektrik şəbəkəsinin bərpası istiqamətində işləri davam etdirirlər. Onlar yaxın bir neçə saat ərzində enerjinin bərpa olunacağını proqnozlaşdırırlar. Bu arada departamentdə, xüsusilə Kann kommunası ərazisində təkcə elektrik enerjisi ilə deyil, həm də mobil rabitə ilə bağlı problemlər yaranıb və regionda qatarların hərəkəti pozulub. Antibes kommunasında nasos stansiyaları söndürülüb. Bu səbəbdən şəhər rəhbərliyi hətta müvəqqəti olaraq dənizdə çimməyi qadağan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 568 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrİtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni
21 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabr