Yuxuda ulduz görmək nə deməkdir?

Yuxuda ulduz görmək nə deməkdir?Yuxuda ulduz görmək adətən müsbət və xeyirli şəkildə yozulur. Habertürk-ə görə, bu yuxu, yuxu görən şəxsin ətrafında bilikli və ona yol göstərən birinin olduğunu göstərir. Eyni zamanda, uzun müddətdir gözlədiyi şeylərə çatmağa başlayacağını, sıxıntılarının bitəcəyini və etdiyi duaların qəbul olunacağını ifadə edir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də ulduzdur.

Bəs, yuxuda ulduz görmək hansı mənaya gəlir?

Lent.az yuxuda ulduz görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni təqdim edir:

Ümumiyyətlə, yuxuda ulduz görmək bilikli bir insana işarə edir. Daha dəqiq desək, biliyi olan bir şəxsi göstərir. Müxtəlif yuxulara görə müsbət və ya mənfi şərhlər ortaya çıxır. Yuxu yozanlarının şərhlərini araşdıraraq gələcək haqqında ehtimallar öyrənə və ona uyğun tədbir görə bilərsiniz.

Yuxuda ulduz görmək nədir?

Yuxuda ulduz görmək bilikli insan mənasını verir. Xüsusilə yuxu sahibinin bilikli bir şəxs olduğu və bu biliyini iş həyatında güclü şəkildə istifadə edəcəyi barədə yozulur. Yuxusunda ulduz görən şəxs üçün bu, eyni zamanda bəxtinin açılmasına və uğuruna işarə edir. Bu yuxunu görən şəxsin bəxtinin açılacağı və arzuladığı işlərin qısa zamanda gerçəkləşəcəyi ifadə olunur.

Yuxuda ulduz axması nədir?

Yuxuda ulduz axması ailə çevrəsində və ya dostlar arasında birinin vəfat edəcəyi və bu dünyadan köçəcəyi barədə yozulur. Xüsusilə çox sayda ulduzun axdığını yuxuda görənlər, ətraflarındakı insanların qədrini bilmədiklərini və yanlış insanlara dəyər verdiklərini göstərir. Başqa bir yuxu təbirinə görə isə ulduz axması maddi zərərə işarə edir.

Yuxuda ulduz yığmaq nədir?

Yuxuda ulduz yığmaq, yuxu sahibinin cəmiyyət içində məşhur biri olacağına işarə edir. Əgər yuxuda kiçik ulduzlar yığılırsa, qısa müddətdə arzusunun gerçəkləşəcəyi anlamına gəlir. Kiçik ulduzların əllə yığılması şöhrət və ünlü olmaq mənasına gəlir. İş və sosial həyatı ilə yanaşı ailə çevrəsində də sevilən və hörmət edilən biri olacağı barədə şərhlər var.

Yuxuda ulduz saymaq nədir?

Yuxuda ulduz saymaq, yuxu sahibinin gələcəkdə xoş xəbərlər alacağına və xeyirli, gözəl inkişafların olacağına işarə edir. Eyni zamanda başqa bir yuxu təbirinə görə yuxusunda ulduz sayan şəxs, min bir zəhmətlə həyata keçirdiyi işlərin bəhrəsini ən yaxşı şəkildə alacağına dəlalət edir. Çətinliklə əldə edilən toplu sərvət və sıxıntıları aşaraq böyük bir gücə sahib olmaq mənasına da gəlir. Başladığı və girişdiyi bir çox işdə çəkdiyi zəhmət nəticəsində uğur qazanacağı təsvir olunur.

Yuxuda ulduz qrupu görmək nədir?

Yuxuda ulduz qrupu görmək qısa müddət ərzində yuxu sahibinin bəxtinin açılacağı və bir çox fürsətlərin önünə çıxacağı barədə yozulur. Yaxşı qazanc, mal-dövlət və arzu edilən karyera sahibi olmağa işarə edir. Yüksək səviyyədə bəxt və uğur gətirən müsbət hallar və gələcəkdə alınacaq xəbərlərin xoş sonluqla bitəcəyi ifadə olunur.

Yuxuda ulduzun düşməsi nədir?

Yuxuda ulduzun düşməsi, düşdüyü yerə görə bəzi bəlaların və müsibətlərin işarəsi kimi önə çıxır. Yaşanacaq mənfi hallara qarşı tədbir görülməsi gərəkdiyinə dair mənalar daşıyır.

Yuxuda ulduzların yox olması nədir?

Yuxuda ulduzların yox olması həm maddi, həm də mənəvi itkilər mənasına gəlir. Eyni zamanda yuxu sahibinin və ya ətrafındakı bəzi şəxslərin xəstəliyə tutulacağına işarə olunur. Başqa bir yuxu təbirinə görə bu, ölüm mənasına da gəlir.

Yuxuda ulduza minmək nədir?

Yuxuda ulduza minmək, yuxu sahibinin dövlət işində iş tapacağına işarə edir. Eyni zamanda dövlət tərəfindən onun haqqında müsbət bir xəbər alınacağı barədə yozulur. Hər hansı bir müraciət və ya bu kimi müxtəlif hallarda, qısa müddət ərzində dövlətdən yaxşı xəbər alacağına dəlalət edir. Bu şəkildə siz də müxtəlif yozumlar ilə yuxunuzdan yola çıxaraq gələcək haqqında ehtimalları öyrənə bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 872   Tarix: 26 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr