Azərbaycanda nişan pozulanda gətirilən xonçaların AQİBƏTİ belə olur - QANUNLA
Azərbaycanda elçilikdən evliliyə qədər hər bayramda, xüsusi günlərdə oğlan evi qız evinə xonçalar aparır. Son illərdə bu adət bir az da dəyişdirilib. Artıq qız tərəf də oğlana hədiyyələrlə dolu xonçalar aparır. Hətta bəzən nişanlılıq müddətində qıza avtomobil, ev kimi daha qiymətli hədiyyələr təqdim olunur. Nişan pozulduqdan sonra isə bəzən onlar geri qaytarılır.
Bəs tərəflərdən biri verdiyi hədiyyələri geri istəyir, digəri vermirsə, bu zaman qanun kimdən yanadır?
Hüquqşünas Əkrəm Həsənov Lent.az-a açıqlamasında bildirib ki, verilən hədiyyələri geri almaq mümkün deyil:
"Hədiyyə əvəzsiz və təmənnasız verilən əşyadır. Bu baxımdan da, qanunla hədiyyə olaraq verilən hər şey – istər kiçik, istərsə də böyük və dəyərli əşyalar geri tələb edilə bilməz.
Burada həm də, sübutetmə məsələsi var. Şəxs necə sübut edəcək ki, "nəyi, nə qədər" verib. Bəziləri bildirir ki, hədiyyəni tələb etmək üçün "əsassız varlanma" iddiasını qaldıraraq məhkəməni "udmaq" olar. Lakin bilmək lazımdır ki, hədiyyə əsassız varlanma deyil. Əsassız varlanma odur ki, heç bir əsas olmadan qarşı tərəf sənin hesabına imtiyaz əldə etsin. Buna nümunə kimi səhvən birinin bank kartına pul köçürülməsini çəkə bilərik. Qarşı tərəf pulu geri qaytarmaqdan imtina edirsə, o zaman bu, əsassız varlanma hesab edilə bilir".
Hüquqşünas bildirib ki, bir halda verilən hədiyyələri geri almaq olar:
"Təəssüf ki, son illərdə bayramlarda aparılan xonçalar, qurbanlıqlar, təmtərahlı toylar, hədiyyələr o qədər artıb ki, onlarla paralel boşanmaların da sayı artıb. Bu hədiyyələri geri tələb etmək üçün yalnız bir yol var. Öncədən tərəflər aralarında müqavilə bağlasalar (münasibət pozularsa, verdiklərimi geri alacam) bu zaman hədiyyələri geri qaytarmaq mümkün olar".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1140 Tarix: 27 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr