Vikinqlər Atlantik okeanını taxta gəmilərlə necə keçib?
Amerika qitəsinə qədər çata bilən məşhur taxta Vikinq gəmilərinin sirrini açmaq üçün bir arxeoloq real Vikinq gəmisi inşa edib dənizə çıxaraq bu məsələni araşdırıb.
Qaynarinfo xəbər verir ki, Milad təqvimi ilə 800-1050-ci illər arasında Avropa sahillərindən başlayaraq İslandiya, Qrenlandiya və hətta Şimali Amerikaya qədər irəliləyən vikinqlər yalnız döyüşçü deyil, həm də cəsur dənizçilər idilər. Həmin dövrün texnologiyası ilə bu qədər uzaq məsafələrə çatmaları bu gün də bir çox insanı təəccübləndirir. Xüsusilə də Atlantik okeanını - bu gün belə keçilməsi çətin olan bir su hövzəsini - min ildən artıq əvvəl kiçik taxta qayıqlarla aşa bilmələri ağlabatan görünmür.
Vikinqlərin gəmiləri yalnız Amerika sahillərinə çatmaqla kifayətlənməyib, həm də İngiltərə və Fransaya təşkil olunan böyük basqınlarda istifadə olunub. Minlərlə döyüşçünü təhlükəsiz şəkildə daşıya bilən bu gəmilərin necə bu qədər dayanıqlı və istifadəyə yararlı olması bu gün də tam izah edilə bilmir.
Bu suallara cavab axtaranlardan biri də Lund Universitetindən arxeoloq Qrir Carretdir. O, kitablardan oxumaqla kifayətlənməyib, əsl Vikinq gəmisinin bənzərini inşa etdirərək dənizə çıxıb.
Carret və komandası 2021-ci ilin sentyabrı ilə 2022-ci ilin iyulu arasında ənənəvi üsullarla inşa edilmiş yeddi fərqli "klinker" tipli Vikinq qayıqları ilə Norveç sahillərində səyahət ediblər. Təcrübəli arxeologiyanın bir hissəsi olan bu layihədə 15 müxtəlif yelkən sınağı və iki uzun məsafəli sınaq səfəri həyata keçirilib. Ümumilikdə 1.494 dəniz mili qət olunub. Marşrutlar boyunca külək, dalğa, texniki nasazlıqlar – yəni ağlınıza nə gəlirsə – yaşanıb. Bir səfərdə yelkən dirəyi sahildən 25 kilometr uzaqda qırılıb. Qayıqçıların yelkəni sabitləşdirib qayıqlarla sahilə doğru irəliləməsi lazım gəlib.
Ancaq bu çətinliklər vacib ipucları da ortaya çıxarıb. Carret sahil boyunca dörd təbii liman müəyyən edib. Bu ərazilərin Vikinqlər tərəfindən müvəqqəti dayanacaq kimi istifadə olunmuş ola biləcəyi düşünülür. Hətta bəzi nöqtələrdə insan fəaliyyətinə işarə edən izlər də tapılıb.
Carret təcrübələrini belə yekunlaşdırır: "Amerika sahillərinə getmədik, amma necə gedilə biləcəyinə dair çox şey öyrəndik".
Səfərlər göstərir ki, Vikinqlər okeanı keçərkən heç də təsadüfi hərəkət etməyiblər. Böyük ehtimalla təbii limanlardan limanlara keçərək, küləyi və dalğanı arxalarına alaraq irəliləyiblər. Fırtınalı havalarda sığınacaq kimi istifadə edə biləcəkləri nöqtələr əvvəlcədən bilinib, bəlkə də bu bilgilər nəsildən-nəslə ötürülüb.
Bu gün tarixi mənbələrdə adı keçən əsas Vikinq məskənlərindən başqa, bu cür kiçik sığınacaq nöqtələrinin də mövcudluğu daha aydın şəkildə görünür. Carretin təcrübəsi göstərir ki, bu marşrutlar yalnız son dayanacaqlardan ibarət deyilmiş, əslində arada çoxsaylı keçid nöqtələri olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1069 Tarix: 28 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrQız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr