Torpaq sürüşməsi kəndi yer üzündən sildi - Yeni göl yaranır

Torpaq sürüşməsi kəndi yer üzündən sildi - Yeni göl yaranırİsveçrənin Alp dağlarında yerləşən Blatten kəndi demək olar ki, tamamilə məhv olub.

Qaynarinfo xəbər verir ki, hadisə ötən gün yerli vaxtla saat 15:30 radələrində baş verib. Baş verən irimiqyaslı torpaq sürüşməsi qarşısına çıxan hər şeyi silib-süpürüb. Kənd sakinləri əvvəlcədən təxliyə edildiyi üçün evlərdə insan olmayıb. Lakin bununla da fəlakət bitməyib - hazırda bölgədə daşqın təhlükəsi də yaranıb.

Valais kantonunun yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Lonza çayının yatağı torpaq sürüşməsi nəticəsində bağlanıb. Eyni zamanda başlayan intensiv yağışlar suyun səviyyəsinin daha da sürətlə qalxmasına səbəb olur.

"Yeni bir göl formalaşmağa başlayıb və bu göl getdikcə böyüyür. Qopan qar və daş kütləsi çayın qarşısını kəsərək təbii bənd formalaşdırıb. Lakin çay öz yolunu tapacaq və bu prosesi nəzarətdə saxlaya bilmirik", deyə geoloq Rafael Mayorats bildirib.

Rəsmilər dərhal İsveçrə ordusuna müraciət edərək nasos qurğularının quraşdırılmasında kömək istəyiblər. Əhali hakimiyyətin göstərişlərinə ciddi şəkildə əməl etməyə və təhlükəli əraziyə yaxınlaşmamağa çağırılır. Eyni zamanda, qonşu kəndlərin sakinləri də təxliyə olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1304   Tarix: 29 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl

20 sentyabr
.

İran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib

İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların

21 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr
.

Qazaxıstan və Britaniya ticarəti genişləndirmək və birgə layihələrə başlamaq niyyətindədir

Qazaxıstan və Böyük Britaniya ticarət, kritik əhəmiyyətli mineralların emalı, sənaye, energetika və logistika sahələrində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. "Report"un yerli bürosunun Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinə istinadən verdiyi məlumata görə, bu məsələləri qurumu

22 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Rusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı

ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider

20 sentyabr