Bəzi taksi sürücüləri bəxşiş verməyən sərnişinləri ƏLƏ SALIRLAR - Kimdir günahkar?

Bəzi taksi sürücüləri bəxşiş verməyən sərnişinləri ƏLƏ SALIRLAR - Kimdir günahkar?Bəzi taksi şirkətlərinin sürücüləri bəxşiş verməyən müştəriləri ələ salırlar. Belə ki, sözügedən sürücülər xırda məbləğli ödənişlərin fotosunu çəkərək sosial şəbəkələrdə paylaşır, müştəriləri müzakirə obyektinə çevirirlər. Halbuki platforma üzərindən edilən sifarişlərdə sistem ödənişi əvvəlcədən müəyyən edir və istifadəçilər bu məbləği ödəməklə borclarını tam yerinə yetirmiş olurlar.

Mövzu ilə bağlı Oxu.Az-a danışan sərnişinlər qeyd edirlər ki, vəziyyət heç də ürəkaçan deyil, bəxşiş verilməyəndə sürücülər minnət edirlər.

Maraqlı olan budur ki, marketlərdə, dağ-mədənlərində, restoranlarda, tikinti şirkətlərində və sair yerlərdə çalışan işçilər iş sahibindən və ya müştəridən bəxşiş tələb etmir, onları ələ salmırlar. Onlar bunun düzgün olmadığını anlayırlar. Bəs taksi sürücülərini qane etməyən nədir? Aydındır ki, hər kəs hansısa formada maddi qazanc əldə etmək üçün həyatda mübarizə aparır. Lakin şirkətə olan narazılığın, aqressiyanın, nifrətin bütün mənfi enerjisi yolboyu niyə müştəriyə yönəlməlidir?

Bu cür halların qarşısının alınması üçün hansı addımlar atıla bilər? İctimai şəkildə insanların ödənişlərini paylaşmaq, onların şəxsi məlumatlarını ifşa etmək və ya alçaltmaq hüquqi məsuliyyət yaradırmı?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Oxu.Az-a bildirib ki, bu cür davranışlar doğru deyil:

"İnsanların arxasınca danışmaq qeybət xarakteri daşıyır. Tövsiyə edərdim ki, imkanı olanlar bəxşiş versinlər. Amma bəxşiş verməyən insanları ələ salmaq, qəpiklə edilmiş ödənişlərin fotosunu çəkib paylaşmaq qeyri-etik davranışdır. Bəxşiş vermək könüllü xarakter daşıyır. Bəlkə, kiminsə imkanı yoxdur, harasa tələsir və son pulu ilə taksiyə minir. Ümumən, yazılan ödənişi edən şəxs borcunu tam ödəyir. Bəxşiş verməyə heç kimi məcbur etmək olmaz".

Nəqliyyat eksperti Eldəniz Cəfərov məsələyə belə münasibət bildirib:

"Müştərini ələ salan, lağ edən sürücülər peşəkar olmayanlardır. Onlar taksi sisteminə təsadüfən gəlmiş adamlardır. Fikrimcə, həmin şəxslər başqa sahədə çalışsalar, daha yaxşı olar. Təcrübəli, peşəkar, etik qaydaları bilən taksi sürücülərinin həmişə bəxşişi olur. Beş sərnişindən ikisi verməsə də, üçü verir. Əgər hansısa sürücü müştərinin adını, nömrəsini çəkib paylaşırsa, sərnişinlər hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Belə addım hüquqazidd olduğu üçün sürücüyə məsuliyyət yaradır. Sürücülərə tövsiyə edirəm ki, bu cür əməllərdən uzaq dursunlar. Sürücülər də bizimdir, sərnişinlər də. Mehriban olmalıyıq."

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında bu fikirləri bildirib:

"Sərnişinlər taksi sahəsində qarşılaşdıqları problemlərlə, o cümlədən əlavə pul tələbi ilə bağlı AYNA-nın "141" çağrı mərkəzinə və ya sosial şəbəkə hesablarına müraciət etməlidirlər. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını təqdim etməklə prosesin araşdırılmasını təmin edə bilərlər. Daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür".

Azərbaycanda məşhur daşıyıcı şirkətlərindən biri olan "Uber"in Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirlər səsləndirilib:

"Uber sərnişinlərin və tərəfdaş sürücülərin şəxsi məlumatlarını üçüncü şəxslərlə paylaşmır. Sərnişindaşımanın keyfiyyəti ilə bağlı tələbə riayət edən sürücüləri dəstəkləmək üçün bonus proqramı tətbiq olunur - sürücünün reytinqi və səfərlərin tezliyi nə qədər yüksəkdirsə, bonus ödənişi də bir o qədər artır. Biz şəxsi fikrin ifadəsinə hörmətlə yanaşırıq, lakin sərnişinlərin təhlükəsizliyinə və xidmətin işinə təhdid yarada biləcək davranışlar qəbuledilməzdir. Əgər sürücü dəfələrlə qaydaları pozursa, onun platformaya çıxışı məhdudlaşdırıla bilər."

Qeyd edək ki, bəxşişlə bağlı nə qanunvericilikdə, nə də taksi xidmətləri göstərən platformaların siyasətində konkret tələb mövcud deyil. Bu, tamamilə könüllü davranış formasıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1140   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr