Qiyamət günü stansiyasından ŞOK MESAJ – siqnallar, "ölü əl" və…

Qiyamət günü stansiyasından ŞOK MESAJ – siqnallar, "ölü əl" və…Rusiyaya aid olduğu güman edilən və uzun illərdir sirlər içində fəaliyyət göstərən "UVB-76" adlı qısa dalğalı radiostansiya yenidən gündəmə gəlib.

"UVB-76 Loqları" adlı "Telegram" səhifəsinin məlumatına görə, "Qiyamət günü stansiyası" son günlərdə iki yeni müəmmalı siqnal ötürüb.

Veriliş zamanı dinləyicilər efirdə "luçotorq" və "kopna" sözlərini eşidiblər. Bu sözlərin mənası və məqsədi hələ də aydın deyil.

Qeyd olunur ki, bu stansiyanın siqnalı yer kürəsinin istənilən nöqtəsində, hətta ən uzaq bölgələrdə belə qəbul edilə bilər. Buna baxmayaraq, onun kim tərəfindən idarə olunduğu və əsas funksiyasının nə olduğu sirr olaraq qalır.

Stansiyanın zaman-zaman rus dilində səsləndirdiyi rəqəmlər, qəribə sözlər və qeyri-adi kodlu cümlələr uzun müddətdir tədqiqatçıların və konspiroloqların diqqət mərkəzindədir. Məhz bu səbəbdən "UVB-76" tez-tez "Jujjalka" – yəni "vızıltı" adı ilə də tanınır.

Bəzi nəzəriyyələrə görə, bu siqnallar böyük siyasi və hərbi hadisələrdən əvvəl yayımlanır və müəyyən xəbərdarlıq xarakteri daşıyır. Bununla belə, bu iddialar nə sübuta yetirilib, nə də rəsmi şəkildə təkzib olunub.

Fərqli versiyalar arasında stansiyanın nüvə sualtı qayıqları ilə əlaqə saxlaması, strateji silah sistemlərinə nəzarət etməsi və hətta yadplanetlilərlə rabitə yaratmaq məqsədi daşıması da yer alır. Ən çox müzakirə olunan fərziyyələrdən biri isə "UVB-76"nın "Ölü əl" adlı avtomatik cavab sisteminə bağlı olmasıdır. İddialara əsasən, əgər Rusiyaya qarşı nüvə hücumu olarsa və stansiyanın siqnalı dayanarsa, bu "qiyamət günü" silahlarının işə düşməsi üçün siqnal ola bilər.

Hazırda isə UVB-76-nın haradan yayımlandığı və bu sirli siqnalların arxasında kimin dayandığı hələ də qaranlıq qalır.// Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 973   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr