"Şəkəri və təzyiqi olanlara qurban payı əvəzinə pul verin" - İlahiyyatçı
Qurban bayramına sayılı günlər qalıb. İnsanlar bayram bazarlığına çıxır, qurbanlıq qoyun alırlar.
Bəs bayramda hər kəs qurban kəsməlidir? Qurbanlıq ala bilməyənlər bunun əvəzində nə edə bilərlər?
İlahiyyatçı Elşad Miri Lent.az-a bildirib ki, biz zənn edirik ki, bu günlərdə, yəni Zilhiccə ayında qurban kəsmək lazımdır:
"Bizdə bayramda mütləq qurban kəsilir. Xüsusən ucuz olduğu üçün də çox vaxt qurbanlıq qoyun-quzu olur. Həmin ətlərdən hətta şəkər, təzyiq xəstəliyi olan insanlara da verilir. Bu doğru yanaşma deyil. Bu cür qurban kəsmək yerinə, nəzərdə tutulan vəsaiti kasıb və ehtiyac sahiblərinə xərclənilsə, gənclərin təhsil haqqına köməklik edilsə daha doğru olar".
E.Miri həcc ziyarətlərinin görünməyən tərəflərinə də toxunub:
"Bu gün müsəlmanların getdikləri həcc ziyarəti Allahın istədiyi həcc deyil. İndi oraya yığışan insanlar kəbənin ətrafında təvaf edirlər, Məqami İbrahim deyilən yerdə namaz qılırlar, Zəm-zəm suyu içirlər, Səfa və Mərvə təpələri arasında qaçırlar, Minada gecələyirlər, Ərafat dağına gedirlər, Muzdəlfədə gecələyib, daş yığıb güya "şeytan daşlayırlar", sonda bir dəfə də təvaf edib, həcc ziyarətini sonlandırırlar. Bu İslam dininin bildirdiyi həcc deyil.
Minada, Ərafatda insanlar arasında 10 sm məsafə belə, olmayan çadırlarda yatırlar. Orada təbii ehtiyaclarla bağlı çox ciddi problemlər yaşanır. Həmin yerlərdə natəmiz vəziyyətə şahid olunur. Əslində isə həcc hökumət rəhbərliyinin və yaxud onun təmsilçisinin, dövlət başçısının və onun nümayəndəsinin bir yerə yığışması və oradakı məsələlərin həll edilməsi ilə bağlıdır.
Həmçinin həcc zülmə məruz qalanlar, boyunduruq altında olan insanlar üçün problemlərin həlli yeridir".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 911 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kral III Çarlzın səhər yeməkləri
Böyük Britaniya kralı II Çarlz günə sadə, lakin qidalı səhər yeməyi ilə başlayır. Mütəxəssislərin sözlərinə görə, monarxın seçdiyi yemək ürək sağlamlığını qorumağa kömək edir, eyni zamanda dəri və beyin fəaliyyətinə də müsbət təsir göstərir. Məlumata görə, II Çarlz səhərlər sobada bişirilmiş yumurta
12 iyulÖlümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama
İnsan ömrünün son anları əsrlər boyu həm elm adamlarını, həm də adi insanları düşündürən ən sirli mövzulardan biri olub. Ölümün özündən çox, həmin ana qədər insanın nə hiss etdiyi, nə gördüyü və beynində hansı proseslərin baş verdiyi barədə saysız-hesabsız fərziyyələr irəli sürülüb. Son illərdə dünyanı
12 iyulŞakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır
Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb - sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib. -ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisin
13 iyulDondurucudakı buz kublarının dadı niyə qəribə olur: bunu necə düzəltmək olar?
Soyuq içkilərə əlavə edilən şəffaf və təmiz buz kubları içkinin dadını daha xoş edir. Ancaq bəzən evdə hazırlanan buzun qəribə qoxu və ya dad verməsi bütün zövqü korlayır. Mütəxəssislərin fikrincə, bunun səbəbi əksər hallarda buz hazırlayan sistem deyil, dondurucudakı şərait və qulluq qaydalarıdır. xəbə
12 iyulKondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR
Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağl
12 iyulBu əşyaları blokun qapısına qoymaq olmaz
Çoxmənzilli binaların giriş hissəsi və pilləkən meydançaları bəzi sakinlər tərəfindən əlavə saxlanc yeri kimi istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ümumi istifadədə olan bu ərazilərdə bəzi əşyaların saxlanılması həm qanunvericiliyin, həm də yanğın təhlükəsizliyi qaydalarının pozulmas
12 iyulQabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay
13 iyulMeyvələri acqarına yemək həmişə faydalıdırmı? - Diyetoloq xəbərdarlıq edir
Səhəri təzə meyvə və ya bir stəkan meyvə şirəsi ilə başlamaq sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Lakin bir çox insan üçün belə səhər yeməyi enerji əvəzinə qarınağrısı, mədə yanması və köplə nəticələnir. xəbər verir ki, -ya danışan rusiyalı diyetoloq Darya Rusakovanın sözlərinə görə, bunu
13 iyul