Təbiətdə tərs rol: Nəhəng piton başsız qaldı, "qatil" tapıldı
Floridanın Everqleyz bölgəsində tədqiqatçılar tərəfindən izlənilən 4 metrlik bir pitonun cəsədi başsız halda meşədə tapılıb.
Oxu.Az-ın "Live Science" portalına istinadla verdiyi məlumata görə, qandonduran hadisənin sirri qısa müddət sonra açılıb - "qatil" kameraya düşüb.
Hadisə ABŞ-nin Cənub-Qərbi Florida bölgəsində qeydə alınıb. Bioloq Yan Bartoszekin rəhbərlik etdiyi tədqiqat qrupu uzun illərdir izini sürdükləri "Loki" adlı tünd pələngvari pitonun cəsədini Neapol şəhəri yaxınlığında meşədə aşkar edib.
Pitonun başı və boynu dişlənərək cəsəddən ayrılıb və iynəyarpaqlı ağacların budaqları altında gizlədilib. Bu isə dərhal hücumun bir yırtıcı məməli tərəfindən edildiyini göstərib.
Tədqiqatçılar hadisə yerinə müşahidə kameraları yerləşdiriblər. Ertəsi gün həmin əraziyə geri qayıdan heyvan kameralara düşüb - bu, bir vaşaq olub. Qeyd edək ki, adətən vaşaqlar pitonlara yem olurlar.
Bartoszek və komandası heyvanın davranışlarını təhlil edərək ehtimal ediblər ki, pitonun hücuma məruz qalmasında hava şəraiti də rol oynayıb.
Mütəxəssislərin sözlərinə görə, pitonlar Floridada invaziv (yad) növdür və yerli canlılar üçün böyük təhlükə yaradır. Onlar vaşaqlar da daxil olmaqla bir çox heyvana hücum edə bilirlər. Lakin bu hadisə göstərdi ki, yerli yırtıcılar da yeni şərtlərə uyğunlaşaraq özlərini qorumağa, hətta əks hücuma keçməyə qadirdirlər.
Yan Bartoszek bildirib ki, bu cür qeyri-adi hadisələr Everqleyz bölgəsində son zamanlar daha tez-tez müşahidə olunmağa başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1682 Tarix: 04 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən soyuq 5 yeri: - 272 dərəcə
Kainatda temperaturun çata biləcəyi ən aşağı hədd mütləq sıfır hesab olunur. Bu göstərici -273,15 dərəcə selsiyə bərabərdir və nəzəri olaraq maddənin hissəciklərinin maksimum dərəcədə hərəkətsiz olduğu vəziyyəti ifadə edir. Alimlər uzun illərdir bu sərhədə yaxın şəraitləri araşdırır və müəyyən ediblə
8 iyun39 yaşlı Jiru Fransa klubu ilə müqaviləsini uzatdı
Hücumçu Olivye Jiru "Lill" ilə müqaviləsini uzadıb. xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb. 39 yaşlı fransız futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədərdir. Olivye Jiru 2025-ci ildən "Lill"də çıxış edir. O, ötən mövsü
9 iyunEvə oğurluğa girməyə çalışan qızlar kameranı görəndə qaçdılar - VİDEO
İstanbulun Kartal rayonunda yaşayış binasında baş verən oğurluq cəhdi təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. xarici mediaya istinadla xəbər verir ki,görüntülərdə ən azı iki nəfərin mənzillərdən birinin qapısı önündə gözlədiyi, onlardan birinin isə qapının kilidini açmağa çalışdığı görünür
9 iyunİyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq. Bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə - perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən məlumata görə
5 iyunSoyuducunun buzunu bir neçə dəqiqəyə belə əridin
Dondurucu kameranın əridilməsi bir çox insan üçün ən xoşagəlməz ev işlərindən biri hesab olunur. Buz saatlarla əriyir, su mətbəxə yayılır və bütün proses çox vaxt və enerji aparır. Lakin təcrübəli evdar qadınlar artıq uzun illərdir ki, bıçaqdan, buz qırmaqdan və texnikaya zərər vermək riskindən uza
5 iyunQızıl Yer kürəsinə necə gəlib? - Alimlər TAPDI
Yer üzündəki demək olar ki, bütün qızıl milyardlarla il əvvəl sönmüş ulduzların toqquşması nəticəsində yaranıb. xəbər verir ki, bu barədə "Space Daily" yazıb. Məlumata görə, 2017-ci il avqustun 17-də Yerdən təxminən 130 milyon işıq ili uzaqlıqda yerləşən NGC 4993 qalaktikasında iki neytro
7 iyun