Kosmosda "qışqırıq" eşidildi - Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydı

Kosmosda "qışqırıq" eşidildi - Bir saniyədən az müddətdə Günəşin 100 min illik enerjisini yaydıAlimlər Yer kürəsindən 13 milyon işıq ili uzaqlıqda yerləşən neytron ulduzunun fövqəladə parıltısını qeydə alıblar. Bu hadisə cəmi 0,16 saniyə davam etsə də, onun buraxdığı enerji Günəşin 100 min illik istehsalına bərabər olub.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Farmingdale Observer" portalı məlumat yayıb.

Bildirilir ki, hadisənin mənbəyi - maqnetar (maqnit ulduzlar) adlanan neytron ulduzudur. Bu obyektlər kainatda ən güclü maqnit sahəsinə malik göy cisimlərindən sayılır. Onların maqnit sahəsi digər neytron ulduzlarından min dəfə güclü ola bilər.

"Maqnetar sanki kosmosda varlığını bildirmək üçün milyardlarla Günəş gücündə "qışqırıb", sonra isə dərhal susub", - deyə İspaniyanın Əndəlus bölgəsindəki Astrofizika İnstitutunun tədqiqatçısı Alberto X.Kastro-Tirado bildirib.

Fövqəladə enerji buraxımı "Sculptor" qalaktikasında baş verib. Hadisə Beynəlxalq Kosmik Stansiyada yerləşdirilmiş ASIM (Atmosphere-Space Interactions Monitor) cihazı vasitəsilə qeydə alınıb. Cihazın ötürdüyü məlumatlar əsasında alimlər bu nadir hadisəni dörd fazaya bölərək öyrəniblər.

Alimlərin sözlərinə görə, bu partlayış indiyə qədər qeydə alınmış ən uzaq maqnetar partlayışı sayılır.

Hazırda kainatda 3 minə yaxın neytron ulduzu məlumdur, amma onların cəmi 30-a qədəri maqnetar kimi tanınıb.

Tədqiqatçılar ehtimal edirlər ki, bu tip partlayışlara "ulduz zəlzələləri" səbəb ola bilər - maqnetarların elastik səthində baş verən bu qeyri-sabitliklər nəhəng enerji boşalmalarına yol açır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1315   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

20 sentyabr
.

"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı

Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb. bu barədə "Noticias24" nəşrinə istinadən xəbər verir. Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciə

20 sentyabr
.

Nobel mükafatının məbləği artırıldı

Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr
.

Ermənistan və Livan arasında tərəfdaşlıqların inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Ermənistan Respublikasının Livandakı səfiri Sarmen Bağdasaryan Zahle şəhərindəki Gardenia Grain d'Or fabrikini ziyarət edib, şirkətin təsisçisi cənab Nikolas Əbu Faysal və Bekaa Sənayeçilər Birliyinin nümayəndələri ilə görüşüb. xəbər verir ki, bu barədə -a səfirlikdən məlumat verilib. Səfər "Gardeni

22 sentyabr
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

20 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr