Bu yay fəslində anomal istilər olacaq? - AÇIQLAMA
"Son bir neçə ildə iqlim dəyişikliyi məsələsi gündəmə gətirilib".
Bu sözləri "Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimli Hit.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, xüsusən də televiziya və mətbuatda çox geniş yayılıb:
"Demək olar ki, artıq hamı hər gün iqlim dəyişikliyi ilə bağlı danışır. Çünki sosial şəbəkələr və mətbuatda bu mövzu müzakirə predmetinə çevrilir. Ona görə də hər il havanın temperaturunun 1-2 dərəcə daha artdığını düşünürük. Əslində, belə bir şey yoxdur. Bu, sadəcə havanın hərarətinin tədricən artmasıdır. Hansı ki, o da çox təbii bir prosesdir".
Ekspert bildirib ki, son illərdə havanın temperaturu iddia olunduğu kimi kəskin artmayıb:
"Bəli, orta illik hərarət artıq 2 dərəcəni keçib. Bu, elmi cəhətdən də qəbul olunur. Lakin bu, fəlakətin baş verdiyi və ya verəcəyi demək deyil. İnsanlar ətraf mühitə diqqət göstərməklə bu prosesi keçə biləcəklər".
Mütəxəssis bu yay ölkəmizdə havanın necə keçəcəyi ilə bağlı suala isə belə cavab verib:
"Bu il Azərbaycanda yay fəslinin necə keçəcəyini indidən dəqiq deyə bilmərəm. Hal-hazırda ölkə ərazisində sərin və yağıntılı hava hökm sürməkdədir. Lakin güman ki, bir neçə günə bu da çəkilib gedəcək və yenə havanın temperaturu yüksələcək.
Bu mövsüm hələ ki, ölkəmizdə bahara xas olan isti havalar müşahidə olunmayıb. Ümid edirəm ki, bu yayımız da elə bir kataklizm olmadan keçəcək".
Qorxmaz İbrahimli sözlərini belə yekunlaşdırıb:
"Ölkəmizdə rekord səviyyədə istilik gözlənilmir. Ümumiyyətlə, Azərbaycanda ən çox istilik olan yer Abşeron yarımadası və Mərkəzi Aran bölgəsidir. Qalan ərazilərimizdə isə havanın hərarəti normal olacaq. Yəni yay aylarında iddia olunduğu kimi anomal istilərin olacağı gözlənilmir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 575 Tarix: 07 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər gün ət yemək ömrü uzadır? - Çin alimlərindən diqqətçəkən araşdırma
Çin tədqiqatçıları müəyyən ediblər ki, hər gün ət yemək çəkisi normadan az olan qadınların 100 yaşa qədər yaşama ehtimalını 44 faiz artırır. xəbər verir ki, bu barədə " məlumat yayıb. Bununla yanaşı, balıq, yumurta və ya süd məhsulları istehlak edən bəzi vegetarianlar da ətyeyənlər qədər yüz yaş
24 maySakit okeandakı vulkan püskürməsinin iqlimə təsirləri - Elmi araşdırma
Alimlər 2022-ci ildə "Hunga Tonga-Hunga Ha'apai" sualtı vulkanının püskürməsinin atmosferə gözlənilməz təsir göstərdiyini aşkar ediblər. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Yeni tədqiqata görə, kütləvi püskürmə istixana effekti yaradan metan qazının parçalanmasın
24 mayİran ilə ABŞ arasında fikir ayrılıqları olan məsələlər açıqlanıb
İran ilə ABŞ arasında bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, Ağ Evin İslam Respublikasına aid aktivlərinin sərbəst buraxılması ilə bağlı öhdəliyi, Hörmüz boğazı məsələsi və s. mövzularda hələ də ciddi fikir ayrılıqları mövcuddur. "Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliy
24 mayAvtomobil bazarında yeni böhran: Sintetik yağlara limit qoyuldu
"Nissan" və "Toyota" şirkətləri sintetik mühərrik yağlarının tədarükünə limit tətbiq etməyə və dilerlərə göndərilən həcmləri azaltmağa başlayıblar. "Carscoops" nəşrinə istinadən xəbər verir ki, sürtkü materialları böhranı günü-gündən daha da kəskinləşir. Avtomobil istehsalçılarını
24 may"Green card" qaydalarında dəyişiklik edildi
ABŞ "Green card" qaydalarında dəyişikliklər edib. xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb. Belə ki, artıq ABŞ ərazisində olan zaman "Green card" üçün müraciət etmək mümkün olmayacaq. Tramp administrasiyası bu ölkədə olan və "Gree
23 mayPakistan tezliklə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edir
Pakistan tezliklə ABŞ və İran arasında yeni danışıqlar mərhələsinin keçiriləcəyi məkana çevrilməyə ümid edir. "Report" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. "Pakistan sülh səylərini son dərəcə səmimiyyətlə davam etdirəcək və ümid edirik ki, danışıqların növbət
24 may