Uşaqların görməsinə zərər verən otaqdakı əşya açıqlandı – bu televizor deyil
Valideynlər çox zaman uşaq otağında rahat atmosfer yaratmaq üçün noçnikdən (gecə işığı) istifadə edirlər. Lakin zəif gecə işığı uşaqların görmə qabiliyyətinə mənfi təsir göstərə bilər.
Lent.az bu əşyanı sizə təqdim edir:
Noçniklər uşaqlara necə zərər verə bilər?
Həkimin sözlərinə görə, uşaq otağındakı noçnik zamanla uşaqlarda miopiya – yəni uzağı görməmə problemi yarada bilər.
"Gecəni noçnik və ya zəif işıqla yatan uşaqlarda böyüdükcə miopiya inkişaf etmə riski daha yüksək olur. Amma tam qaranlıq otaqda yatan uşaqlarda bu risk xeyli aşağıdır". O əlavə edir ki, göz qapalı olsa belə, mavi spektrli işıq uşaqların nazik göz qapağı dərisindən keçərək melanopsin hüceyrələrini stimullaşdıra bilər. Bu da uşaqların bioloji saatına – yəni sirkadiyen ritmlərinə təsir edir və nəticədə yuxu pozuntusu və göz sağlamlığında problemlər yarana bilər.
Hansı işıq daha uyğundur?
İsti tonlu işıqlar (sarı, qırmızı) daha az zərərlidir və noçnik kimi istifadəyə daha uyğundur. Noçnik çox parlaq və birbaşa uşağın gözünə yönəlibsə, bu, görmə yorğunluğuna səbəb ola bilər, xüsusilə də uşaq gecə oyanarsa və birbaşa işığa baxarsa.
Valideynlərə tövsiyələr:
İsti və zəif işıqlı noçniklər seçin (sarı və ya qırmızı tonlar).
Noçniki elə yerləşdirin ki, işıq birbaşa uşağın üzünə düşməsin.
Əgər ehtiyac yoxdursa, xüsusilə körpələr üçün, noçnikdən istifadə etməyin – onlar tam qaranlıqda rahat yata bilərlər. Əgər uşaq qaranlıqdan qorxursa, zəif və dolayı işıq mənbəyi seçin. Taymer və ya hərəkət sensoru ilə təchiz olunmuş modellər daha təhlükəsizdir.
Miopiya nədir?
Miopiya və ya yaxın görmə – uzaq məsafədəki obyektlərin bulanıq, yaxın obyektlərin isə aydın görünməsi ilə xarakterizə olunur. Bu, göz formasının və ya iç quruluşunun işıq şüalarının düzgün şəkildə torlu qişada (retinada) fokuslanmasına mane olması ilə baş verir. Adətən uşaqlıq və yeniyetmə dövründə inkişaf edir və bəzən irsən keçə bilər. Orqanizmin sürətli böyüdüyü dövrlərdə miopiyanın irəliləməsi mümkündür. Bir araşdırma zamanı 2–16 yaş arası 479 uşaq üzərində aparılan müşahidələr göstərib ki, erkən uşaqlıq dövründə gecə vaxtı tam qaranlıqda yatmamaq miopiya üçün risk amili ola bilər. Qeyd olunur ki, bu araşdırma noçnikin birbaşa səbəbkar olduğunu sübut etmir, lakin potensial təhlükə olduğu bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 823 Tarix: 08 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr