Kolumbiyalı senator sui-qəsd cəhdindən sonra əməliyyat olunub, vəziyyəti kritik olaraq qalır
Kolumbiya senatoru və "Demokratik Mərkəz" partiyasından prezidentliyə namizəd Migel Uribe Turbay şənbə axşamı ona qarşı sui-qəsd cəhdindən sonra təcili əməliyyat keçirib.
Bu barədə "Report" "Blu Radio"ya istinadən məlumat verir.
Siyasətçinin yaxın çevrəsindəki mənbələrin sözlərinə görə, cərrahi əməliyyat uğurlu olub, lakin vəziyyəti kritik olaraq qalır.
Əməliyyatın uğurla keçirilməsi xəbərini "Demokratik Mərkəz"in üzvü olan Nümayəndələr Palatasının (Kolumbiya Konqresinin aşağı palatası – red.) üzvü Kristian Qarses də təsdiqləyib.
"Migel əməliyyat keçirdi, o bunu etdi. İndi onun sağalması üçün çox səy göstərmək lazımdır", – Qarses bildirib.
Xatırladaq ki, 39 yaşlı Turbay Boqotanın qərbindəki Modelya rayonunda seçkiqabağı tədbirdə çıxışı zamanı bir neçə güllə yarası, o cümlədən baş və boyun nahiyəsindən yaralanıb. Ona hücum edənlərdən biri, 15 yaşlı yeniyetmə saxlanılıb. Hakimiyyət hücumun araşdırılmasına kömək edəcək hər hansı məlumat üçün 3 milyard peso (təxminən 730 min ABŞ dolları – red.) mükafat elan edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 476 Tarix: 08 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Merts onu tənqid edənləri "deyingən" adlandırdı
Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura
5 iyulFransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır
5 iyulTramp və Ərdoğan arasında görüş keçirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında ikitərəfli görüş keçirilir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər Ankaradakı Prezident Sarayında görüşüblər. Daha sonra iki lider birgə mətbuat konfransına qatılıblar. 15:38. ABŞ Prezidenti Donald Tramp NATO sammitind
7 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyulEstoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulTramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulYəmən sahillərində gəmi hücuma məruz qalıb
Qırmızı dənizdə, Yəmən sahilləri yaxınlığında yük gəmisi silahlı şəxslərdən ibarət qrupun hücumuna məruz qalıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiyası mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO-ya Yəməni
5 iyul