ABŞ-də maraqlı hadisə: Balıqçı "oğurluq edən" köpəkbalığından qisas aldığı üçün həbs edildi
ABŞ-nin Florida ştatında köpəkbalığına bıçaqla hücum edən balıqçı həbs edilib. Onun bu hərəkətinin videosu sosial şəbəkədə yayılıb və gündəm olub.
Oxu.Az bildirir ki, bu barədə "New York Post" nəşri məlumat verib.
Məlumata görə, mayın 22-də köpəkbalığına bir neçə bıçaq zərbəsi vuran 26 yaşlı Zeyn Qarret adlı şəxs heyvanlara qarşı qəddar davranışda ittiham olunub.
ABŞ sakinlərindən biri videonu görüb və təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək, bu barədə Florida Vəhşi Təbiəti Mühafizə Komissiyasına məlumat verib.
"Bəli, bu mənəm", - deyə səlahiyyətlilər köpəkbalığı hücumunun görüntülərini ona göstərəndə Qarret etiraf edib.
Zeyn iddia edib ki, balıqçıların öz ovlarını qorumaq üçün istifadə etdikləri tipik üsulu tətbiq edib. Onun sözlərinə görə, bıçaq zərbəsi digər köpəkbalıqlarını qorxutmalı idi.
Daha sonra o etiraf edib ki, yırtıcı onun "balığını oğurlayıb və daim ona mane olub", bu səbəbdən də "intiqam aktı" olaraq köpəkbalığını bir neçə dəfə bıçaqlayıb.
Eyni zamanda, Qarret qeyd edib ki, bu heyvanı başına bir bıçaq zərbəsi vurmaqla öldürmək mümkün deyil. O, əvvəllər odlu silahla daha çox köpəkbalığı öldürdüyünü bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 843 Tarix: 08 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr