Tarixin ən qorxulu səsi: Astek ölüm fiti necə səslənir? -VİDEO
Alimlər beynin ən qorxulu qışqırığa necə reaksiya verdiyini yoxlayıblar.
İnsan bədəni qorxulu səslər çıxara bilir, məsələn, çox vaxt ölümün yaxınlaşdığını xəbər verən "ölüm nəfəsi" adlanan səs - lakin bunların heç biri qədim asteklərin yaratdığı səslə müqayisə oluna bilməz.
Söhbət "ölüm fitindən" gedir ki, onun akustikası XXI əsrdə belə insanları vahiməyə salır. Bir hadisədə, qapı zənginin kamerası tərəfindən qeydə alınan səs, küçədə gəzən bir adamı itiylə birlikdə təşvişə salıb - kişi qorxudan tezliklə evə qaçaraq gizlənib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə səs qədim musiqi aləti olan astek "kəllə fiti"nə məxsus olub. Bu alət eramızın 1250–1521-ci illərinə aid edilən dəfn yerlərində tapılıb. Onilliklər ərzində arxeoloqlar onun nə məqsədlə istifadə olunduğunu tam müəyyən edə bilməyiblər. Hər şey ondan sonra dəyişib ki, tədqiqatçılardan biri tapıntıya ilk dəfə üfürməyə cəsarət edib: alət insanın əziyyət çəkən qışqırığını xatırladan bərk və dəhşətli bir səs çıxarıb.
Bu gün, 3D çap texnologiyası sayəsində mütəxəssislər fitin dəqiq surətini hazırlayıb, onun insan psixikasına təsirini araşdıra biliblər. Alimlər bir qrup könüllünü dəvət edərək beynin qorxulu səsə verdiyi neyron reaksiyanı öyrəniblər.
Aparıcı tədqiqatçı, professor Saşa Fryuğoltsun sözlərinə görə, "səs kobud və yüksək tezliklidir, və dinləyicilər olaraq siz belə səsləri adətən xoşlamırsınız." İştirakçıların beyin aktivliyi göstərdi ki, fitin səsini dinləyərkən onlarda yüksək səviyyədə narahatlıq və çaşqınlıq yaranır. Bu məlumatlar fiti insan qurbanvermə mərasimləri də daxil olmaqla qorxu yaradan rituallarda istifadə olunduğu ehtimalını təsdiqləyir.
Bəzi tarixçilər isə hesab edirlər ki, bu fitlər döyüş zamanı da istifadə edilə bilərdi - düşmən tərəfdə vahimə və xaos yaratmaq məqsədilə. Doğrudan da, bu səs çox ağır təəssürat yaradır - əzab içində qışqırıq, buxar səsi və fit verən çaydanın cingiltisinin qarışığına bənzəyir və başqa bir şeylə səhv salmaq çətindir.
XIV–XVI əsrlərdə Mərkəzi Meksikada çiçəklənən astek sivilizasiyası rituallarla insan qurbanverməni geniş şəkildə tətbiq edirdi. Fitlərin istifadəsi ilə bağlı dəqiq sübutlar tapılmasa da, qəbir tapıntıları və müasir dinləyicilərin beynində yaratdığı təsir onların ölüm rituallarında əhəmiyyətli rol oynadığı fikrini irəli sürməyə əsas verir.
Beləliklə, asteklərin "ölüm fiti" təkcə arxeoloji tapıntı olaraq qalmaqla yanaşı, qədim sivilizasiyaların səsi psixoloji təsir vasitəsi kimi necə istifadə etdiyini də nümayiş etdirir. Hətta bu gün, əsrlər keçdikdən sonra belə, bu səs insanlarda qorxu və çaşqınlıq yaratmağa qadirdir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1052 Tarix: 13 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrRusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı
22 sentyabrHörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabr