İrandan XƏBƏRDARLIQ: "İsraili müdafiə edən ölkələrin bazalarını hədəf alacağıq"

İrandan XƏBƏRDARLIQ: "İsraili müdafiə edən ölkələrin bazalarını hədəf alacağıq"İran ordusu İsrailə qarşı hücumları gücləndirməyə hazırlaşır və xəbərdarlıq edir ki, Yaxın Şərqdə yerləşən və İsraili müdafiə edən ölkələrin bazaları da hücum hədəfinə çevriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə CNN telekanalı iranlı rəsmi mənbəyə istinadla məlumat yayıb.

"İranın hərəkətlərinə qarşı bu rejimi (İsraili) müdafiə etməyə çalışan hər hansı bir ölkə öz regiondakı bazalarının və mövqelərinin yeni hədəflərə çevriləcəyini görəcək", - deyə iranlı rəsmi bildirib.

O əlavə edib ki, Tehran bu rejimə (İsrailə) "qətiyyətlə cavab vermək hüququnu" özündə saxlayır və hücumları gücləndirəcək.

Xatırladaq ki, ABŞ rəsmisi TASS-a açıqlamasında ABŞ-nin İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumlarının dəf edilməsində iştirak etdiyini təsdiqləyib. O, bu prosesdə ABŞ-nin konkret hansı addımlar atdığı barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə "Oyanan Şir" adlı hərbi əməliyyata başlayıb. Əməliyyat İranın nüvə proqramına qarşı yönəlib. İsrail Müdafiə Ordusu (SAXAL) bildirib ki, əməliyyatda 200 qırıcı təyyarə iştirak edib və İran ərazisində 100-dən çox hədəf, o cümlədən nüvə obyektləri vurulub.

Eyni günün axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab olaraq İsrail ərazisinə onlarla raket hücumu həyata keçirdiyini bildirib. Hücumlar zamanı hərbi obyektlər və aviabazalar, o cümlədən Təl-Əvivdə Müdafiə Nazirliyinin binası hədəfə alınıb. İsrail rəsmiləri bəzi obyektlərin zərbə aldığını etiraf etsələr də, raketlərin böyük hissəsinin havada məhv edildiyini bildiriblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1119   Tarix: 14 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

8 iyul
.

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras

5 iyul
.

Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1

5 iyul
.

Slovakiyada baş nazirin ödənişlərdən məhrum edilməsi üzrə referendum baş tutmadı

Slovakiyanın Dövlət Seçki Komissiyası Baş nazir Robert Fitsonun ömürlük ödənişlərdən məhrum edilməsi məsələsi ilə bağlı keçirilən referendumun baş tutmadığını elan edib. bildirir ki, bu barədə ölkənin TASR informasiya agentliyi məlumat yayıb. Referendum seçici fəallığının aşağı olması səbəbindən ba

5 iyul
.

Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb

Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk

5 iyul
.

Paşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır

Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların

5 iyul
.

Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik

Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma

5 iyul
.

Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman

5 iyul
.

AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma

5 iyul