Məsud Pezeşkian: "İran xalqı müharibə başlamayıb və onu istəməyib"
İran Prezidenti Məsud Pezeşkian İsrailin hərbi təcavüzünə qarşı İran xalqını birliyə və həmrəyliyə çağırıb.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, dövlət başçısı bu barədə parlamentdə çıxışı zamanı danışıb.
"Biz müharibə istəməmişik və onu başlayan tərəf olmamışıq. Ölkəmizin yüksəkrütbəli hərbçilərini və alimlərini biz yox, bu terrorçular öldürüblər. Biz təcavüzkar deyilik", - deyə Pezeşkian bəyan edib.
Prezidentin sözlərinə görə, hazırkı mərhələdə ölkənin sabitliyi üçün xalqın birliyi hər zamankından daha vacibdir.
"Bu gün birliyə və həmrəyliyə hər zamankından çox ehtiyacımız var. Bütün İran xalqı vahid cəbhə kimi təcavüzə qarşı çıxmalıdır", - deyə o vurğulayıb.
Pezeşkian həmçinin bildirib ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur, lakin xalqın dinc məqsədli nüvə enerjisinə sahib olmaq hüququnu heç kim əlindən ala bilməz.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1608 Tarix: 16 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulPeruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl
8 iyulABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulKonqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1
5 iyul