İrandan vətəndaşlarına "WhatsApp" xəbərdarlığı: Tətbiqi silin
İran dövlət televiziyası vətəndaşlarına "WhatsApp" tətbiqini telefonlarından silməyi tövsiyə edib. Bildirilir ki, tətbiq istifadəçi məlumatlarını toplayaraq İsrailə ötürür. Bu iddia ilə bağlı hər hansı sübut təqdim olunmayıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı "WhatsApp"ın sahibi olan Meta şirkəti açıqlama yayıb. Şirkət bu iddiaları əsassız adlandırıb. Bildirilib ki, bu cür yalan məlumatlar tətbiqin ölkədə qadağan edilməsi üçün bəhanə kimi istifadə oluna bilər.
"WhatsApp" həmçinin mesajların şifrələndiyini və şirkətin bu mesajlara çıxışının olmadığını vurğulayıb. Açıqlamada "İstifadəçilərin yerlərini izləmirik, mesajların məzmununa baxmırıq və hökumətlərlə kütləvi məlumat paylaşmırıq" deyilib.
Kornel Universitetindən kibertəhlükəsizlik mütəxəssisi Qreqori Falko bildirib ki, mesaj məzmunları gizli qalsa da, "WhatsApp" vasitəsilə ötürülən bəzi "metaməlumatlar" şifrələnmir. Onun sözlərinə görə, bu məlumatlar istifadəçi davranışlarını qismən göstərir.
Falko əlavə edib ki, "WhatsApp" məlumatlarının İran xaricində saxlanması da risk yaradır. O deyib ki, data təhlükəsizliyi baxımından hər bir ölkə öz məlumatlarını sərhədləri daxilində saxlamağa çalışmalıdır.
Qeyd edək ki, İranda daha əvvəl də bir çox sosial media platformalarını qadağan edilib. Lakin vətəndaşlar VPN və digər vasitələrlə bu qadağaları aşmağa davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 874 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Putin jesti ilə diqqət çəkdi - VİDEO
Vladimir Putin yağışlı hava şəraitində etdiyi jestlə diqqət çəkib. xəbər verir ki, Rusiya lideri tədbirlərin birində ölkənin baş nazir müavini Tatyana Golikova ilə birlikdə hərəkət edərkən onun üçün çətir tutub. Həmin anlar kameralara əks olunub və qısa müddətdə sosial şəbəkələrdə yayılıb. Putinin b
7 mayİsgəndəriyyədə nadir Roma villası və ictimai hamam aşkarlandı
Arxeoloqlar Misirin İsgəndəriyyə şəhərində nadir ictimai hamam və mozaika döşəməli Roma villasının qalıqlarını aşkar ediblər. Qaynarinfo-nun Arkeonews-a istinadən məlumatına görə, tapıntılar qədim şəhərin zamanla necə inkişaf etdiyini və məskunlaşmanı aydın şəkildə göstərir. Qalıqlar şəhərin cənub-şər
7 mayBəhreyndə SEPAH-la əlaqədə şübhəli bilinən 41 nəfər saxlanıldı
Bəhreyndə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb. xəbər verir ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb. Məlumata görə, saxlanılan şəxslər İrana casusluqda ittiham olunurlar. Qeyd olunur ki, ələ keçirilən şəxslər SEPAH-ı
9 mayYaponlar hər gün düyü yeyir, amma kökəlmir - Mütəxəssislər səbəbini açıqlayır
Yaponiyada düyü demək olar ki, hər yeməyin əsas hissəsidir, lakin bu ölkədə piylənmə səviyyəsi dünyada ən aşağı göstəricilərdən biridir. Qaynarinfo xəbər verir ki, bu barədə g4food.ro nəşri yazıb. Mütəxəssislərin fikrincə, bunun səbəbi təkcə düyünün özü deyil, yemək mədəniyyəti, porsiya ölçüləri və gündəli
5 mayMoskvada parad başa çatdı - Video - Yenilənib
Moskvada Qırmızı Meydanda ənənəvi Qələbə paradı başlayıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə bir neçə xarici ölkə lideri iştirak edir. Bu il parad hərbi texnika olmadan təşkil edilib. Piyada kolonunun tərkibində Rusiy
9 may"8 il əvvəl bura heç kim gəlməzdi"
Fransa Prezidenti Emmanuel Makron İrəvanın Avropaya inteqrasiya seçimi sayəsində ölkənin artıq Rusiyanın de-fakto peyki kimi qəbul edilmədiyini bildirib. "Qafqazinfo" portalına istinadən xəbər verir ki, Fransa lideri bu fikirləri İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti zaman
4 may