İrəvan Moskvaya nota göndərdi
"İrəvan Moskvaya nota göndərərək, Rusiyada bəzi hakimiyyət nümayəndələrinin erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyanın işi ilə bağlı açıqlamalarını Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib".
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İrəvan Rusiya mətbuatında, eləcə də siyasətçilər və deputatlar tərəfindən səsləndirilən bəyanatları nəinki Ermənistan və Rusiya arasında ənənəvi dostluğa zidd, həm də Ermənistanın daxili işlərinə birbaşa, açıq və müdaxilə, suverenliyimizə və demokratiyamıza qəsd hesab edir.
Nazir bildirib ki, İrəvan bu barədə rusiyalı həmkarlarını məlumatlandırıb. "Hesab edirəm ki, bu vaxta qədər rəsmi nota artıq öz ünvanına çatıb", - deyə Mirzoyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.
Ermənistanın istintaq orqanları Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1408 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb
Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm
20 sentyabrZelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"
Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman
20 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr